Icma.az
close
up
RU
Vəzifəsindən azad edilən Şahin Əliyev: o da Mehdiyevi tərifləmişdi

Vəzifəsindən azad edilən Şahin Əliyev: o da Mehdiyevi tərifləmişdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı sərəncamla Şahin Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, rektor postu ilə vidalaşan Şahin Əliyev bu vəzifəyə gəlməzdən öncə uzun illər Prezident Administrasiyasında işləyib. Belə ki, o, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib. 2022-ci ilin əvvəllərində aparılan islahatlar çərçivəsində Şahin Əliyevin rəhbərlik etdiyi Hüquq ekspertizası şöbəsi ləğv olunmuş, 19 may 2022-ci ildə isə o, Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyinat almışdı.

Şahin Əliyev Prezident Administrasiyasıın sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. Elə onun Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir. Bu yaxınlarda bəzi KİV-lər və sosial şəbəkələrdə yayılan videokadrda Şahin Əliyevin Ramiz Mehdiyevi tərifləyən görüntüləri əks olunmuşdu. Həmin kadrlarda özünü Mehdiyevin şərəfli kadrı adlandıran Şahin Əliyev “Ramiz müəllimlə 25 ildir ki, tanışıq… 25 illik təcrübə mənim insan kimi formalaşmağımda böyük bir məktəb olub. Bu məktəbin misli yoxdur”, – deyə bildirib.

Bu çıxış sosial şəbəkə platformalarında geniş müzakirələrə səbəb olub.

Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur.

1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.

1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.

Ş.Əliyev hüquq elmləri namizədidir.

O, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri