VƏZİYYƏT AĞIRLAŞIR: Avropa, Misir və Pakistandan kömək istədi
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ər-Riyad Avropa ölkələrindən, Misirdən və Pakistandan hava hücumundan müdafiə sistemləri istəyib.
“Cebheinfo.az” xəbər verir ki, “Associated Press” agentliyinin iki regional rəsmiyə istinadən bu barədə yazıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı özünün tutucu raketlərinin çatışmazlığı səbəbindən Böyük Britaniya, Fransa, Misir və Pakistandan hava hücumundan müdafiə dəstəyi istəməyə məcbur olub.
Onların sözlərinə görə, Ər-Riyad Husilər və digər İranpərəst qruplar tərəfindən buraxılan raketlərə, dronlara qarşı müdafiə olunmaq üçün bölgəyə hava hücumundan müdafiə aktivləri göndərmələrini istəyib. Səbəb oldur ki, əsas təchizatçı olan ABŞ-nin ehtiyatları İrana qarşı hərbi əməliyyat səbəbindən tükənib.
Agentliyin mənbələrindən biri izah edib ki, Səudiyyə Ərəbistanı çətin vəziyyətdədir: “Çünki o, təkcə hərbi qurğuları deyil, həm də neft infrastrukturunu qorumalıdır”.
Başqa bir mənbə əlavə edib ki, Ər-Riyad Husilərə qarşı beynəlxalq koalisiya qurmağa çalışır, lakin hələlik diplomatiyaya şans verir.
AP-nin digər iki mənbəyi bildirib ki, ABŞ və Husilərin nümayəndələri ötən həftə Omanda regiondakı gərginliyi müzakirə etmək üçün görüşüblər. Adı çəkilməyən bir türk rəsmisi qeyd edib ki, Ankara vəziyyəti sabitləşdirmək üçün İran və BƏƏ ilə danışıqlar aparır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan əvvəllər “Məkkə Müdafiə Sazişi”ni imzalamışdılar. Lakin Türkiyə və Pakistan rəsmiləri AP-yə bildiriblər ki, krallıqdan rəsmi yardım sorğusu almayıblar.
Ötən həftə İranın dəstəklədiyi Husi qüvvələri Moça, Dubab və Murad liman şəhərləri də daxil olmaqla, bütün Qırmızı dəniz sahillərini hökumət qüvvələrindən geri alıb, həmçinin Bab əl-Məndəb boğazının ortasında yerləşən strateji Perim adasını ələ keçirib. Bu da onlara bölgədə beynəlxalq gəmiçiliyə nəzarət etməyə imkan verib. Husi qüvvələri hazırda Yəmənin əsas şəhəri olan Taiz uğrunda Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə döyüşür.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















