Icma.az
close
up
RU
Videotəkrardan sonra qızıl medal: Bakıda DÇ də altıncı gün in İCMALI

Videotəkrardan sonra qızıl medal: Bakıda DÇ də altıncı gün in İCMALI

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günü bir neçə maraqlı hadisə ilə yadda qalıb. Bəzi qarşılaşmalarda taleyi bir fənd, görüşün son saniyələri və ya hakimlərin qərarını gözləmək həll edib.
İdman.Biz xəbər verir ki, oktyabrın 9-da Milli Gimnastika Arenasında kişilər arasında 100 kq-dan yuxarı deyil, 100 kq-dək, qadınlar arasında isə 78 kq-dək çəki dərəcələrində medallar uğrunda mübarizə aparılıb. Gürcüstan təmsilçisi İlya Sulamanidze və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Yelizaveta Litvinenko dünya çempionu olublar. Azərbaycanın həmin gün yeganə təmsilçisi olan Zelim Kotsoyev isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Ev sahibi ölkənin medal ümidi, hakim qalmaqalı və təxribatçı jest
Azərbaycanlı azarkeşlər üçün günün əsas hadisəsi Zelim Kotsoyevin çıxışı olub. Olimpiya çempionumuz ilk iki görüşündə uğur qazanaraq Türkmənistan və Slovakiya təmsilçilərini məğlub edib. Lakin növbəti mərhələdə o, 2023-cü ilin dünya çempionu, Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşıb.
Görüş Azərbaycan tərəfinin etirazına səbəb olan son dərəcə mübahisəli hakim qərarı ilə yekunlaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib, əlavə vaxtda isə bir-birinə bənzəyən iki epizod fərqli qiymətləndirilib.
Əvvəlcə Kotsoyev Azərbaycan tərəfinin fikrincə, yuko qiymətinə layiq olan fənd icra edib, lakin hakimlər bunu qeydə almayıblar. Daha sonra Adamyan oxşar hərəkətə yol verib və onun fəndinə yuko qiyməti verilib. Beləliklə, rusiyalı cüdoçu qalib elan olunub. Kotsoyev və məşqçisi etiraz etsələr də, qərar dəyişməyib. Oxşar epizodların fərqli qiymətləndirilməsi hakimliklə bağlı ciddi suallar yaradıb. Bununla belə, səhv qərar verildiyi rəsmi şəkildə etiraf olunmayıb.
Qalmaqallı görüşün davamı qarşılaşmadan sonra yaşanıb. Adamyan əllərini nümayişkaranə şəkildə qulaqlarına yaxınlaşdıraraq tribunalar istiqamətinə dönüb və sanki tamaşaçılara “Sizi eşitmirəm” demək istəyib. Mübahisəli qələbənin fonunda bu jest açıq-aşkar təxribatçı təsir bağışlayıb. Rəqibinin davranışı Kotsoyevin də narazılığına səbəb olub.
Lakin Kotsoyevi məğlub edən cüdoçu özü də fəxri kürsüyə yüksələ bilməyib. Yarımfinala vəsiqə qazanan Adamyan yaponiyalı Dota Arai ilə qarşılaşmada uduzub, daha sonra isə bürünc medal uğrunda görüşdə həmyerlisi Niyaz Bilalova məğlub olub.
Videotəkrar qızıl medalın taleyini dəyişdi
Kişilərin finalında da hakim qərarı diqqət mərkəzinə düşüb. İlya Sulamanidze və Dota Arai əlavə vaxta qədər mübarizə aparıblar. Həlledici epizod əvvəlcə yaponiyalı cüdoçunun uğurlu hücumu kimi görünüb.
Lakin videotəkrar fərqli mənzərə ortaya çıxarıb. Fəndin son mərhələsində rəqibinə nəzarəti ələ alan gürcüstanlı cüdoçu Araiyi yan tərəfi üzərinə yıxıb. Nəticədə yuko qiyməti Sulamanidzeyə verilib və o, böyüklər arasında dünya çempionatında karyerasının ilk qızıl medalını qazanıb.
Paris Olimpiadasının gümüş mükafatçısı üçün bu, çoxdan gözlədiyi zirvəyə yüksəliş olub. Avropa Cüdo Birliyinin məlumatına görə, Sulamanidze finala qədər rəqiblərinə heç bir xal qazandırmayıb. Bununla yanaşı, həlledici görüşə gedən yolda o, dünya reytinqinin lideri Cennaro Pirellini də dayandırmalı olub. İtaliyalı cüdoçu bundan əvvəlki dörd turnirdə qalib gəlmiş və Paris Olimpiadasından bəri məğlub olmamışdı.
Qələbədən sonra Sulamanidze uğurunu cüdoya və insanlara olan sevgisi ilə əlaqələndirib. Növbəti məqsədini isə konkret şəkildə açıqlayıb: Los-Anceles Olimpiadasında qızıl medal qazanmaq.
Çempiondan qazandığı titulu səciyyələndirmək istənildikdə isə qeyri-adi cavab gəlib. O, “Supercalifragilisticexpialidocious” kimi uzun və nağılvari bir söz işlədib. Görünür, yaşadığı hissləri adi sözlərlə ifadə etmək kifayət etməyib.
BƏƏ tarixinin yazılmasında iki fransalı cüdoçunun rolu
Yelizaveta Litvinenko qadınlar arasında turniri Birləşmiş Ərəb Əmirlikləri üçün tarixi hadisəyə çevirib. Həmin günə qədər ölkənin böyüklər arasında cüdo üzrə dünya çempionatlarında qızıl medalı yox idi.
Litvinenko titul uğrunda mübarizə yolunda Fransa yığmasının iki üzvünü məğlub edib. O, 1/8 finalda təcrübəli Odri Çemeonu mübarizədən kənarlaşdırıb, finalda isə Kayla İssufi ilə qarşılaşıb. Bu iki qələbə arasında portuqaliyalı Patrisiya Sampaiyo üzərində yarımfinal qələbəsi də olub.
Finalda Litvinenko iki uğurlu fəndlə qələbəni təmin edib. Əvvəlcə rəqibinin hücumundan yararlanaraq vaza-ari qazanıb, daha sonra isə növbəti fəndlə qarşılaşmanı vaxtından əvvəl başa vurub. Tarixi qələbədən sonra yeni çempion üzünü əlləri ilə örtüb. Görünür, qazandığı uğurun əhəmiyyətini dərk etmək üçün ona bir qədər vaxt lazım olub.
Bu axşamı xüsusi edən məqamlardan biri də ailəsinin tribunada olması idi. Litvinenko Beynəlxalq Cüdo Federasiyasına (IJF) müsahibəsində yaxınlarının və komandasının dəstəyini vurğulayıb. Onun sözlərinə görə, bu dəstək turniri uğurla başa vurmasına kömək edib.
Əsas tatamidə qeyri-adi iştirakçılar
Çempionatın altıncı günü medallar uğrunda mübarizə ilə əlaqəsi olmayan başqa bir hadisə ilə də yadda qalıb. Milli Gimnastika Arenasının mərkəzi tatamisində Daun sindromlu yeniyetmə cüdoçular adaptiv cüdo üzrə nümunəvi məşq keçiriblər.
Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə, nümayiş dünya çempionatının tamaşaçıları qarşısında baş tutub və turnirin ən emosional anlarından birinə çevrilib. Gənc idmançılar öyrəndikləri fəndləri nümayiş etdirib, tamaşaçılar isə onları alqışlarla qarşılayıblar.
Diqqətçəkən məqam odur ki, bu proqramın bəzi iştirakçıları cəmi bir neçə gün əvvəl Sarayevoda cüdo üzrə Xüsusi Olimpiadanın beynəlxalq turnirində çıxış edərək ilk beynəlxalq yarış təcrübələrini qazanıblar.
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo layihəsinə 2024-cü ildə start verib. Bu müddət ərzində ölkədə artıq iki xüsusi turnir təşkil olunub. Ev sahibi olduğumuz dünya çempionatında keçirilən nümayiş isə təşəbbüsün inkişafında yeni mərhələ olub.
Beş medal və yenilənən sıralama
Azərbaycan yığması dünya çempionatının altıncı gününü əvvəlki medal ehtiyatı ilə başa vurub: bir qızıl, bir gümüş və üç bürünc medal.
Xatırladaq ki, millinin heyətində Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Bununla belə, ümumi sıralamada Azərbaycan üçüncü pillədən dördüncü yerə geriləyib. Gürcüstanın ikinci qızıl medalı bu ölkəyə Azərbaycanı və İspaniyanı qabaqlamağa imkan verib.
Yaponiya yeddi qızıl, iki gümüş və üç bürünc medal olmaqla, ümumilikdə 12 mükafatla liderliyini inamla qoruyub. İkinci pilləyə iki qızıl, bir gümüş və bir bürünc medal qazanan Gürcüstan yüksəlib. Bir qızıl, iki gümüş və bir bürünc medalı olan İspaniya üçüncü yerdə qərarlaşıb.
Azərbaycan dördüncü pillədə yer alıb. İlk beşliyi isə bir qızıl və bir gümüş medal qazanan Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb.
Bununla belə, Azərbaycan üçün rekord sayda medal əldə etmək imkanları hələ qalır. Oktyabrın 10-da 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokauri, Kənan Nəsibov və Camal Həmzətxanov, qadınların 78 kq-dan yuxarı çəki dərəcəsində isə Mədinə Qaysinova mübarizəyə qoşulublar. Şəxsi yarışlar başa çatdıqdan sonra oktyabrın 11-də dünya çempionatına qarışıq komandaların yarışı ilə yekun vurulacaq.
Əhməd Yusifov dünya reytinqində liderliyə yüksələ bilər
Beynəlxalq Cüdo Federasiyasının (IJF) reytinqində son 12 ay ərzində idmançının yalnız ən yaxşı altı nəticəsi nəzərə alınır. Buna görə də Bakıdakı dünya çempionatında qazanılan 2000 xallıq nəticə Yusifovun hesabına daxil ediləcək və onun əvvəlki nəticələrindən biri olan 350 xalı sıralamadan çıxaracaq.
Qeyd edək ki, ilk 12 ay ərzində qazanılan xalların 100 faizi, növbəti 12 ayda isə 50 faizi nəzərə alınır. Bundan sonra həmin xallar reytinqdən tamamilə silinir. Hər iki dövrdə idmançının ən yaxşı altı nəticəsi hesablanır.
Hesablamalarımıza görə, Bakıdakı dünya çempionatı başa çatdıqdan sonra reytinq növbəti dəfə yenilənəndə Əhməd Yusifovun aktivində 5180 xal olacaq.
Hesablamanın xüsusiyyəti Yusifovun Lima Qran-prisindəki nəticəsi ilə bağlıdır. O, 2025-ci il oktyabrın 11-də həmin turnirdə ikinci yeri tutaraq reytinqə 490 xal əlavə edib. Bakıdakı dünya çempionatından sonra, oktyabrın 12-də reytinq yenilənərkən bu nəticə son 12 aylıq dövrdən çıxacaq və əvvəlki dövrə aid olduğu üçün 50 faizlə, yəni 245 xal olaraq nəzərə alınacaq.
Eyni zamanda, Yusifov Bakıdakı dünya çempionatında qazandığı qələbəyə görə 2000 xalı tam həcmdə əldə edəcək. Yenidən hesablamadan sonra onun son 12 ayda qazandığı ən yaxşı altı nəticə 4470 xal, əvvəlki 12 aylıq dövrün nəticələri isə daha 710 xal gətirəcək. Beləliklə, ümumi göstərici 5180 xal təşkil edəcək.
Dünya çempionatından əvvəl 4620 xalla birinci yerdə olan Balabəy Ağayevin isə ikinci pilləyə düşəcəyi gözlənilir. O, Bakıdakı çıxışına görə 320 xal qazanacaq. Lakin bu nəticə onun ən yaxşı altı nəticəsi arasından 112 xallıq göstəricini sıxışdırıb çıxaracaq. Bundan başqa, əvvəlki nəticələrindən biri olan 5 xal da reytinqdən silinəcək. Nəticədə Ağayevin aktivində 4823 xal qalacaq.
Üçüncü pilləyə 4600 xalla rusiyalı Ayub Bliev yüksəlməlidir. Braziliyalı Mişel Auqusto 4121 xalla dördüncü, israilli İzak Aşpiz isə 3993 xalla beşinci yerdə qərarlaşmalıdır.
Beləliklə, Bakıdakı dünya çempionatından sonra IJF-in 60 kq çəki dərəcəsi üzrə reytinqinin ilk iki pilləsində Azərbaycan təmsilçiləri — Əhməd Yusifov və Balabəy Ağayev qərarlaşa bilərlər.
Qeyd edək ki, IJF-in yenilənmiş rəsmi reytinqi hələ dərc olunmayıb. Buna görə də göstərilən rəqəmlər Beynəlxalq Cüdo Federasiyasının qüvvədə olan reytinq qaydaları əsasında aparılmış hesablamalardır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri