Viktor But: ABŞ həbsxanasında məni Silah baronu filminin qəhrəmanı ilə eyniləşdirirdilər
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiyalı iş adamı və ictimai xadim Viktor But ABŞ həbsxanasında olduğu dövrdə onu Hollivudun "Silah baronu" (Lord of War) filminin qəhrəmanı kimi qəbul etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Komsomolskaya Pravda" radiosunda yayımlanan "But və Qamovun Rus keşikçisi" proqramında danışıb.
Butun sözlərinə görə, hətta həbsxana dosyesində onun valideynləri kimi filmdəki baş qəhrəmanın valideynlərinin adları göstərilmişdi.
"Bu çox qəribə hadisə idi. Mən soruşdum ki, bu necə ola bilər? Mənə cavab verdilər ki, bu məlumatları ABŞ hökuməti təqdim edib. Əgər istəmirsinizsə, məhkəməyə müraciət edin", – deyə But bildirib.
O əlavə edib ki, buna cavab olaraq məhkəməyə müraciət etməyəcəyini deyib:
"Dedim ki, niyə məhkəməyə verim? Əgər sizdə belə məlumat varsa, elə onunla da yaşayın."
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 26 İyul 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















