Viktor Orban dekabrın 8 də Türkiyəyə səfər edəcək
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə baş tutur.
V.Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.
Səfər zamanı keçiriləcək görüşlərdə genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri, mövcud regional və qlobal məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, ikitərəfli münasibətlərin hüquqi əsasını gücləndirmək üçün müxtəlif müqavilələrin imzalanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Dekabr 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















