“Onların ayaqlarını qıracağıq”: İran Paşinyana xəbərdarlıq etdi
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ettela'at” qəzeti məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq Ermənistan parlamentinin TRIPP üzrə ABŞ ilə bağlanmış müqaviləni təsdiqləmək qərarına cavab olaraq göndərilib.
Vilayəti iddia edir ki, bu cür addımlar Ermənistan xalqının maraqlarına ziddir və yalnız ölkənin Qərbdən asılılığını artırır.
O hesab edir ki, ABŞ-nin bu layihədə iştirakı Cənubi Qafqazda yeni gərginlik dalğası yaradır və regionda geosiyasi qarşıdurmaya səbəb olur.
Vilayəti İran tərəfinin tələblərini açıq şəkildə ifadə edərək, ABŞ-nin iştirakı ilə dəhlizin yaradılmasının Tehran üçün “qırmızı xətt” olduğunu qeyd edib.
Vilayəti İranın mövqeyini Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə görüşlərində çatdırdığını bildirib:
“Mən Ermənistan səfirinə qəti şəkildə dedim: əgər (ABŞ Prezidenti Donald) Tramp və müttəfiqləri bizim bu qırmızı xəttimizi keçməyə çalışsalar, biz onların ayaqlarını qıracağıq”, - deyə Vilayəti qeyd edib.
Bu mövzuda digər xəbərlər:Ermənistana xəbərdarlıq: Onların ayaqlarını qıracağıq”
05 Noyabr 2026 16:55
İrandan Paşinyana sərt xəbərdarlıq: "Ayaqlarını qıracağıq"
05 Noyabr 2026 18:29
Əhmədian Paşinyana xəbərdarlıq etdi KONKRET
10 Yanvar 2025 13:06
Trampın hüquqşünası Paşinyana xəbərdarlıq etdi
14 Avqust 2025 02:14
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
10 May 2026 14:14
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















