Icma.az
close
up
RU
Vilsondan Trampa gedən Azərbaycan yolu Xankəndidə baxılan video

Vilsondan Trampa gedən Azərbaycan yolu Xankəndidə baxılan video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalaması anlarını Xankəndi şəhərində izləyirdim. 

O şəhərdə ki, cəmi iki il əvvələdək erməni separatçıları at oynatmasalar da, son nəfəslərini alırdılar.

O şəhərdə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın nəzarətində olmamışdı. 

O şəhərdə ki, 1991-ci ilin oktyabrında ölkəmiz müstəqilliyini bərpa edəndə artıq üç il idi nəzarətimizdən çıxmışdı.

O şəhərdə ki, 2023-cü ilədək burada Azərbaycanın şanlı bayrağı dalğalanmamışdı.

Və budur, cəmi iki il sonra Xankəndi şəhərində Azərbaycan diaspor hərəkatının ən möhtəşəm hadisəsi olan Diaspor Gənclərinin Yay Düşərgəsinin 61 ölkədən olan 128 iştirakçısı Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyinin dünyanın superdövləti tərəfindən ən ali səviyyədə qəbul olunmasını əllərində üçrəngli bayraqlarımızla alqışlayırdılar.

Donald Tramp, İlham Əliyev və Nikol Paşinyanın Birgə Bəyannamə imzalamasını izləyərkən bir anlıq 106 il əvvəl Parisdə baş verən hadisəni xatırladım. 28 may 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının birinci ildönümündə Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Versal Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti ABŞ Prezidenti Vudro Vilsonla görüşmüşdü.

Görüşdə Azərbaycanın aşağıdakı tələbləri Vilsona təqdim edilmişdi: 

1. Azərbaycanın müstəqilliyi tanınsın;

2. Vilsonun 14 prinsipi Azərbaycana da şamil edilsin;

3. Azərbaycan nümayəndələri Versal Sülh Konfransına buraxılsın;

4. Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin;

5. ABŞ Azərbaycana hərbi yardım göstərsin;

6. ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.

Bu tələblərin qarşısında isə Vilson bunları demişdi:

1. Amerika dünyanı kiçik hissələrə bölmək istəmir;

2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə qoşulsa, bu onun üçün yaxşı olar;

3. Bu Konfederasiya Millətlər Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana bilər;

4. Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz.

Bakı Media Mərkəzinin Topçubaşovun missiyası ilə bağlı çəkdiyi “Əbədi ezamiyyət” sənədli filmində bu səhnə - Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı Əlimərdan bəyin israrları qarşısında Vilsonun başının işarəsi ilə “yox” deməsi çox gözəl təsvir olunub.

Doğrudur, general Denikinin məğlubiyyəti və bolşeviklərin Cənubi Qafqaza doğru yolunun açılması Versal Sülh Konfransının Ali Şurasını 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyini de-yure olmasa da, de-fakto tanımağa məcbur etdi. Bu müstəqil dövlətin ərazisinə isə Qarabağ da daxil idi.

Azərbaycan xalqı 100 il ərzində Qarabağ uğrunda faktiki üç dəfə müharibəyə cəlb olundu. 1920-ci ilin martında Qarabağda separatçı ermənilərin qaldırdığı üsyan Cümhuriyyət Ordusu tərəfindən yatırılsa da, ölkənin şimal sərhədlərindəki hərbi qüvvələrin Qarabağa yönəldilməsi bolşevik işğalının yolunu açdı və Şərqin ilk demokratik respublikasının sonunu gətirdi.

Azərbaycan Respublikasının tarixinə Birinci Qarabağ müharibəsi kimi düşən savaş 1988-1994-cü illəri əhatə etdi. Altı il ərzində 11 min şəhid verdik, amma ərazimizin 20 faizi işğal olundu, 1 milyon insan yurd-yuvasından didərgin düşdü.

2020-2023-cü illərdə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 3 mindən çox şəhid verməklə 44 gün davam edən İkinci Qarabağ (Vətən) müharibəsi, 2022-ci ilin 12-13 sentyabr döyüşləri və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatı ilə cəmi 48 gün ərzində işğala da, separatizmə də son qoydu.

100 il ərzində Qarabağı Azərbaycandan qoparmaq üçün istər SSRİ dövründə, istərsə də müstəqilliyin bərpasından sonra hansı beynəlxalq təzyiqlərlə üzləşmədik ki? Sovet Rusiyasının rəhbərliyi 1921-ci ildə Qarabağı bir günlük Ermənistana verib, bir gün sonra “Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın” qərarını vermədimi? Qarabağın Ermənistana verilməsinə qarşı çıxan Sovet Azərbaycanının ziyalıları zaman-zaman repressiya olunmadımı? 1992-ci ildə ərazilərimiz işğal olunarkən ABŞ bədnam “907-ci düzəliş”i qəbul etmədimi? Böyük dövlətləri Qarabağın Azərbaycana məxsus olduğuna inandırmaq üçün xəritədə onlara coğrafiya dərsi keçən Heydər Əliyevə Ağdam məscidindən bir parça daş “hədiyyə” edərək “Qarabağı yalnız bu formada və bu boyda görə bilərsiniz” mesajı almadıqmı?

Ancaq Azərbaycan xalqı işğalla heç vaxt barışmadı. III Şuşa Qlobal Media Forumunda tanınmış ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin “heç vaxt təslim olmayın və ərazi bütövlüyünün pozulması ilə barışmayın!” cavabı əslində bir əsr ərzində öz qanuni ərazisi uğrunda on minlərlə şəhid vermiş, əvəzində informasiya blokadasına alınmış, haqsızlıqlar görmüş, dünyaya barbar kimi təqdim olunmuş, amma bütün bunların qarşısında sınmamış bir xalqın ən ali səviyyədə hayqırtısı və etiraz səsi idi.

İstər Cümhuriyyət dövründə, istərsə də Birinci Qarabağ müharibəsi dövründə məğlubiyyətimiz iki əsas səbəbdən baş verdi: hərbi cəhətdən zəifliyimiz və beynəlxalq şəraitin xeyrimizə olmaması. İkinci Qarabağ savaşında qələbəmizin də iki əsas səbəbi oldu: güclü ordu və beynəlxalq şəraitin lehimizə olması. Amma bu ordu da, beynəlxalq şərait də öz-özünə yaranmadı. İkisini də Prezident İlham Əliyev yaratdı. Cəmi beş il əvvələdək beynəlxalq müzakirələrdə masaya yatırılan Qarabağ və orada yaşayan ermənilərin statusu idisə, indi Zəngəzur dəhlizi haqqında söhbət açılır. O Zəngəzur ki, tarixi Azərbaycan torpağı olsa da, rəsmən Ermənistan ərazisidir. Başqa sözlə, İlham Əliyev topu Azərbaycan ərazisindən Ermənistan ərazisinə atdı ki, gedin o tərəfdə oynayın.

1919-cu ildə Prezident səviyyəsində Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edən ABŞ isə 2025-ci ildə elə Prezident səviyyəsində “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzaladı.

Gec oldu, amma güc oldu. Vudro Vilsondan Donald Trampa qədər 106 il yol qət etdik...

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri