“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
İspaniyanın “Vilyarreal” klubunun macarıstanlı qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyi üçün UEFA Çempionlar Liqasının “Napoli” ilə II tur oyununda iştirak etməyib.
AZƏRTAC “Marca” nəşrinə istinadən xəbər verir ki, qolkiper səhər saatlarında ailəsi ilə birlikdə evində olarkən silahlı basqına məruz olub. Xoşbəxtlikdən hadisə nəticəsində ailə üzvlərindən heç biri xəsarət almayıb.
Hadisənin yaratdığı emosional sarsıntı macar qapıçının həmin gün “Napoli”yə qarşı keçirilən matçda meydana çıxmasına mane olub. Onun əvəzinə İspaniya komandasının qapısını braziliyalı Luis Junior qoruyub. Görüş “Vilyarreal”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, İspaniya futbolunda futbolçuların evlərinə basqın halları əvvəllər də qeydə alınıb. Belə hadisələrlə müxtəlif vaxtlarda Toko Ekambi və Zambo Anqissa, eləcə də “Valensiya”nın keçmiş futbolçuları Esekiel Qaray, Qabriel Paulista və Ceffri Kondoqbiya üzləşiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















