Vini 30 milyon istəyir, “Real” 22 verir
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid” Vinisius Juniora yeni müqavilə təklif edib.
“Qafqazinfo” “ESPN”ə istinadla xəbər verir ki, Dünya Çempionatından sonra klub futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq təxminən bir ildir dayandırılmış danışıqları bərpa edib.
İspaniya klubunun təklif etdiyi maliyyə şərtləri son iki ildə müzakirə olunan rəqəmlərlə müqayisədə bir qədər yaxşılaşdırılıb. Belə ki, hazırda Vininin masasında illik 22 milyon avro əməkhaqqı nəzərdə tutan təklif var. Buna baxmayaraq, bu məbləğ braziliyalı hücumçunun tələblərindən hələ də uzaqdır. Futbolçu illik təxminən 30 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Vinisius “Real”la mövcud müqaviləsinin son ilini keçirir və hazırda illik təxminən 17,5 milyon avro maaş alır. Əgər o, müqaviləni yeniləməzsə, mövsümün sonunda azad agentə çevriləcək və yanvar ayından etibarən istənilən başqa klubla ilkin müqavilə bağlaya biləcək.
Məlumat üçün bildirək ki, taranmış vəziyyəti Londonun “Arsenal” klubu da diqqətlə izləyir. Braziliyalı ulduzun xidmətində maraqlı olan İngiltərə təmsilçisi hələlik nə “Real”, nə də oyunçunun nümayəndələri ilə rəsmi təmas qurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Avqust 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















