Vinisius Mourinyu ilə yaşadığı gərginliklə gündəmə gəldi
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real” La Liqanın dördüncü turunda səfərdə “Betis”ə 0:1 hesabı ilə məğlub olduğu oyundan sonra futbolçu Vinisius Junior ilə baş məşqçi Joze Mourinyo arasında yaşanan hadisə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın başa çatmasından sonra Mourinyo futbolçularını salamlayarkən Vinisiusa yaxınlaşaraq onunla əvvəlcə əl sıxışıb. Lakin daha sonra Vinisius onun qucaqlaşmaq cəhdinə reaksiya vermədən uzaqlaşıb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Vinisiusun oyunun əlavə vaxtında sarı vərəqə alması və final fitindən sonra emosional davranması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, Vinisiusla Mourinyu arasında münasibətlərə təsir edə biləcək hadisə daha əvvəl də yaşanıb. Bu ilin fevralında Mourinyo “Benfika”nı çalışdırarkən Çempionlar Liqasının oyunlarından birində Vinisius ilə Canluka Prestianni arasında münaqişə baş vermişdi. Braziliyalı futbolçu rəqibini irqçilikdə ittiham etmiş, Mourinyo isə Prestiannini müdafiə etmişdi.
Portuqaliyalı mütəxəssis sonradan “Real”ın baş məşqçisi təyin edildikdən sonra Vinisiusu açıq şəkildə müdafiə edib.
“İnsanlar ona düzgün yanaşmağı öyrənməlidirlər. Əgər şəxsən ona qarşı heç bir pis əməliniz yoxdursa, dünyanın ən yaxşı oyunçularından birini fitə basmağın nə mənası var?” – deyə Mourinyo avqust ayında bildirib.
“Real”ın “Betis”ə məğlubiyyətindən sonra komandanın baş məşqçisi ilə Vinisius arasında münasibətlərin necə inkişaf edəcəyi maraq doğurur.
Baxış sayı:122
Bu xəbər 06 Sentyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















