Icma.az
close
up
RU
Vinisius yenə penalti qaçırdı, gürcüstanlı qapıçı 50 avroluq mərci qazandı

Vinisius yenə penalti qaçırdı, gürcüstanlı qapıçı 50 avroluq mərci qazandı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqanın 30-cu turu sürpriz nəticələrə səhnə oldu. ''Real'' evdə gözlənilmədən ''Valensiya''ya 1:2 uduzdusa, evdə ''Betis''lə 1:1 bərabərə qalan ''Barselona''nın çempionatda 9 oyunluq qələbə seriyası qırıldı.
''Football-plus.az'' xəbər verir ki, ''Valensiya'' 2008-dən bu yana ilk dəfə ''Santyaqo Bernabeu''da qələbə qazandı. Ən heyrət doğuran məqam isə odu ki, ''yarasalar''ın bu mövsüm buna qədər səfər qələbəsi yox idi (14 oyun, 7 heç-heçə, 7 məğlubiyyət)! Sona 8 tur qalmış zirvədə xal fərqi 4-ə yüksəldi.
''Bernabeu''dakı qarşılaşmaya damğa vuran məqamlardan biri Vinisiusun penaltini qaçırması oldu. ''Sambaçı'' 13-cü dəqiqədə Mbappeyə qarşı kobudluğa görə təyin olunan penalti zamanı topun başına keçsə də, ''Valensiya''nın qapıçısı Georgi Mamardaşvili onun zərbəsini dəf etməyi bacardı. Üstəlik bu epizoddan cəmi 2 dəqiqə sonra qonaqlar hesabı açdılar. Vinisius son 1 ayda artıq ikinci dəfə penaltini boşa verdi. Martın ortalarında o, Çempionlar Liqasında ''Atletiko'' ilə səfər oyununda da fürsəti boşa vermişdi.
Ümumilikdə 24 yaşlı futbolçu peşəkar karyerası ərzində yerinə yetirdiyi 12 penaltinin 1/3-ni, yəni 4-nü qaçırıb.
Ümumiyyətlə bu mövsüm ''Real'' penaltiləri dəqiq vurmaq baxımından ciddi problem yaşayır. Madrid nəhəngi 2024/25-də bütün turnirləri nəzərə alsaq, yerinə yetirdiyi 16 penaltinin 11-ni dəqiqə yerinə yetirdiyi halda 5-ni boşa verib. Bu, 2013/14-dən bu yana Madrid nəhənginin ən pis göstəricisidi. Yeri gəlmişkən, dünənki matçın ardından Mamardaşvili maraqlı açıqlama verib. Sən demə Gürcüstan yığmasının qapıçısı penaltidən öncə Vinisius ilə mərc edibmiş:

''Vinisiusdan 50 avro udmuşam. Çünki penaltidən öncə ona 50 avroya mərc etməyi təklif etdim. Başını tərpətməklə razılıq verdi. Sonra da onun zərbəsini dəf etdim. Mənə 50 avro borcludu. Amma hələ ki, pulumu verməyib''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri