Mbappe yenə penalti qaçırdı, “Real” uduzdu
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya çempionatının 19-cu turunda “Real Madrid” “Atletik”in qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, qarşılaşma Bilbao təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 53-cü dəqiqədə ev sahiblərinin hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə “Atletik” Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.
Qeyd edək ki, “Real Madrid” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletik” isə 29 xalla dördüncü yerdədir.
Xatırladaq ki, Mbappe Çempionlar Liqasında “Liverpul”la oyunda da penaltini vura bilməmişdi.

Real yenə uduzdu, Mbappe yenə penalti qaçırdı
08 Dekabr 2024 13:58
Mbappe yenə penalti qaçırdı, “Real” uduzdu Video
05 Dekabr 2024 08:18
Real Bilbaoda uduzub Mbappe yenə penalti qaçırıb İdman və Biz
05 Dekabr 2024 01:58
Mbappe yenə penaltini vura bilmədi, Real uduzdu VİDEO
05 Dekabr 2024 09:39

