Icma.az
close
up
RU
Virtual tələ: görünmür, amma işləyir Kibercinayətkarlıq

Virtual tələ: görünmür, amma işləyir Kibercinayətkarlıq

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Texnologiyanın inkişafı həyatımızı asanlaşdırdığı qədər, yeni risklər də yaradıb. Elektron ödənişlər, onlayn ticarət, mobil tətbiqlər və sosial şəbəkələr bu gün həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu rahatlığın kölgəsində bir təhlükə də böyüyür — virtual dələduzluq. Artıq dələduzluq nə küçədə, nə ofisdə baş verir, o, ekrandadır. Bir mesaj, bir link, bir telefon zəngi və… bir anlıq diqqətsizlik.

Kibertəhlükəsizlik təkcə texniki məsələ deyil, davranış mədəniyyətidir. Əgər hər kəs öz məlumatını qorumağı həyat tərzinə çevirsə, dələduzluq üçün zəmin daralar. 

Bugünkü dələduzluq fiziki gücə yox, kiber təhdidlərə köklənib. İnsan düşünür ki, “bank zəng edirsə, deməli doğrudur”. Halbuki nə bank əməkdaşı, nə də hansısa təşkilat PIN, CVV və SMS kod tələb etmir. Məhz dələduz üçün ən asan qapı, vətəndaşın düşünmədən inanmasıdır. Hər bir belə hadisə yalnız pul itkisi deyil, həm də cəmiyyətin etimad mühitinə vurulan zərbədir. Texnologiyanın ən təhlükəli tərəfi budur: o, tələyə bənzəyir: görünmür, amma işləyir…

Dələduz texnologiyanı deyil, insanı oxuyur. O, proqramdan yox, psixologiyadan istifadə edir. “Qorxu”, “təcili qərar”, “uduş”, “təhlükə” — bütün bu siqnallar insan beyninin sürətli reaksiyasına hesablanır. Bu, klassik sosial mühəndislik texnikasıdır ki, qurbanı düşündürmədən hərəkət etdirir. Bu səbəbdən müasir təhlükəsizlik təkcə texnoloji deyil, emosional intellekt məsələsidir. İnsan texnologiyanı idarə etdiyini düşünür, amma çox vaxt texnologiya insanın diqqətini idarə edir. Hər klik, hər bildiriş, hər “sürətli seçim” insan beyninin təbii reflekslərini dəyişdirir. Ona görə ki, müasir insan artıq yalnız şəxsi məlumatın sahibi deyil, eyni zamanda onun qoruyucusu olmalıdır Bu, artıq “bilmirdim” deyil, “diqqətsiz davrandım” məsuliyyətidir.  Əvvəllər dələduz qapını döyürdü, indi isə ekrana mesaj yazır. Əvvəllər səs tonundan tanınırdı, indi “rəsmi loqo” ilə gəlir. Forması dəyişir, amma mahiyyəti eyni qalır. 

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn mühitdə həyata keçirilən dələduzluq, fırıldaqçılıq və maliyyə maxinasiyalarına qarşı görünməz cəbhədə mübarizə aparır. Kiberpolis əməkdaşları tərəfindən saxta investisiya platformaları, bank kartlarının alqı-satqısı, onlayn mərc və qumar oyunları vasitəsilə əldə olunan vəsaitlərin leqallaşdırılması kimi qanunsuz fəaliyyətlər mütəmadi olaraq ifşa edilir.

Bu əməliyyatlar nəticəsində vətəndaşların maddi zərərə məruz qalmasının qarşısı alınır, virtual dələduzluq şəbəkələri neytrallaşdırılır.

DİN-in kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlər bir daha göstərir ki, təhlükə artıq yalnız küçədə deyil, internet şəbəkəsindədir.  Ona görə də vətəndaşlar diqqətli olmalı, cəlbedici təkliflərə ehtiyyatla yanaşmalıdır, diqqətli olmalıdır.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri