Icma.az
close
up
RU
Kibercinayətkarlıq: Bazar təfəkkürlü dələduzlar

Kibercinayətkarlıq: Bazar təfəkkürlü dələduzlar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İlkin ÖZ

Ötən günlərdə ölkə gündəmində kibercinayətkarlıqla bağlı bir neçə xəbər oxudum. Xəbərləri diqqətlə analiz etdikdən sonra barmağımı dişlədim.

Hərdən emosiyayalarımıza aldanaraq xırda səhlənkarlıqlara yol veririk. Elmin-texnikanın sürətlə inkişaf etdiyi indiki dönəmdə zəmanəylə ayaqlaşma cəhdlərimiz bəzən effektiv olmur. Elə dövrə çatmışıq ki, camaat ailə quracağı adamı belə Çat Cipitiylə məsləhətləşir, sözüm onda deyil.

Kibercinayətkarlıq birbaşa kompüter və onun şəbəkələriylə bağlı olduğundan proqram təminatından az-çox başı çıxanlar qazanc əldə etmək üçün elə hoqqadan çıxırlar ki, adamın matı-qutu quruyur. Yol verdiyimiz xırda səhlənkarlıqlar kiberdələduzlara geniş "üfüqlər"lər yaradır.

Misalçün, X adlı şəxs sosial şəbəkədən hansısa xanımın fotoşəklini əkişdir, əxlaqsızcasına montaj edir. Daha sonra fotoşəkilin sahibinə hədə-qorxu gələrək pul tələb edir. Bəzi hallarda tora düşən şəxs tələb edilən məvacibi ödəyir. Fəqət can dərdində olan quzunu piy axtaran, qəssab xislətli dələduzlar sıxma-boğmaya salaraq məbləği daha da artırırlar. Ta ki dərisini boğazından çıxarana kimi proses davam edir.

Doğrusu, müxtəlif vaxtlarda, fərqli üsullarla kiberdələduzluq, səd-əfsus, məndən də yan keçməyib.

Üç il əvvəl şəxsi instaqram səhifəmə oxşar, saxta profil yaradılıb mənim adımdan dost-tanışlarımdan min manata yaxın pul mənimsənilmişdi. Rəsmi şəkildə DİN-ə məlumat verdim. Lakin Məhəmməd adlı polis dostumla bu barədə söhbətləşdikdən sonra məsələ aydın oldu. Hərçənd ki cinayətkar ölkə xaricindəymiş. Ona görə də müdaxilə etmək mümkün olmadı.

Deməyim odur, pusquda duran fırıldaqçını ram etmək asan iş deyil. Gərək tora düşməyəsən. Saxta profil açıb iyrənc metodlarla diqqət çəkənlər və bundan iti iştahayla şantaj xarakterli istifadə edənlər  var. Yəni sosial şəbəkdə tanımadığın adamdan ismarış gəldikdə ehtiyatlı olmaq lazımdır.

Bir də gördün mənşəyi məlum olmayan səhifələrdən bir link göndərilir. Linkə keçid edən kimi qeyri-rəsmi şəkildə bütün bank məlumatları saxtakarların əlinə keçir. Gözünə döndüyüm də qaz vurub qazan doldurur.

Onu deyirdim axı, belə qəziyəylə üzləşən şəxsi çox ağır dilemma narahat edir: ya fırıldaqçıya məlumatlarını yaymaması üçün pul ödəməli, ya da rüsvay olmalıdır.

Çox təəssüf ki, hərdən belə hadisələr intihara gətirib çıxarır.

Bəs bu cür xoşagəlməz hadisələrlə necə mübarizə aparmalı?

Düzü, Kiber dələduzluqla mübarizədə əsas iş vətəndaşın öz öhdəsinə düşür. Nəzərimcə, bəzi xırda detallara diqqət yetirsək, özümüzü sığortalamış olarıq. Qısa şəkildə onlara nəzər salaq:

Şirnikləndirici təkliflərə aldanmamaq. Tutaq ki, filan linkə daxil ol və filan məbləğdə uduş əldə et. Ən primitiv üsuldur. Təbii ki, heç kim əbəs yerə pulunu çölə atmır. Aldanıb linkə keçid etmək olmaz. Onların əsas hədəfi bank məlumatlarınızı ələ keçirməkdir.

Sosial şəbəkələrdə rastımıza çıxan pornoqrafik məzmunlu reklamlardan kənar durmaq. Adətən dələduzlar bu kimi vasitələrdən istifadə edərək insanların diqqətini cəlb edir və telefona müxtəlif viruslar ötürə bilir. Nəticədə, şəxsi məlumatların oğurlanması riski artır.

Sosial şəbəkələrdə tanımadığımız şəxslərlərlə ünsiyyətə girməkdən çəkinmək lazımdır. Yaxın vaxtlarda feysbukda tanımadığım xanım mənə türkcə mesaj yazırdı - səninlə danışmaq istəyirəm, filan-bəsməkan... Qayıdıb dedim ki, səksən beş milyonsunuz, danışmağa heç kim yoxdur, mənimi tapdın?! Sonradan məsələ bir az böyüdü. Polis dostumun qapısını yenə döyməli oldum. Sən demə, bolqarıstanlı qruplaşmanın növbəti hədəfi mənmişəm.

Təhlükəli mənbələrə, naməlum oyunlara pul köçürməmək. Bu, yenə də sizin bank məlumatlarınızın oğurlanmasıyla nəticələnə bilər.

Təsadüfi adamlara güvənməmək. Dələduzların ən əsas məqsədi etibar qazanmaqdır. Bununçünsə o, əlindən gələni edəcək, özünü peşəkarlıqla tərifləyəcək, bol-bol yaxşı keyfiyyətlərindən danışacaq. Ona inandınsa, vay halına, keçi qaldı çayın o tayında...

Xülaseyi-kəlam, kibercinayətkarlıq ağır cinayətdir. Buna oxşar problemlərlə rastlaşan şəxslərin dərhal polisə müraciət etməyi tövsiyə olunur...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri