Icma.az
close
up
RU
Virus infeksiyalarında dərman seçimi həyati əhəmiyyət daşıyır Həkimdən XƏBƏRDARLIQ

Virus infeksiyalarında dərman seçimi həyati əhəmiyyət daşıyır Həkimdən XƏBƏRDARLIQ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son günlərdə, soyuq payız-qış aylarında hər zaman müşahidə etdiyimiz kimi, bir çox tənəffüs yollarının virus infeksiyalarına rast gəlinir. Bu virus infeksiyaları əvvəlcə üst tənəffüs yollarını zədələdiyi kimi, sonradan alt tənəffüs yollarına da keçərək bronxit, bronxiolit, pnevmoniya kimi xəstəliklərlə ağırlaşa bilir".

Bu fikirləri Redaktor.az-a ölkə əhalisində yayılan infeksiya haqqında danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi.

Onun sözlərinə görə, bu infeksiyalar daha çox hava-damcı yolu ilə yayıldığı üçün insandan insana keçir və nəticə etibarilə bir çox simptomlarla özünü büruzə verir:

"Baş ağrısı, ürəkbulanma, halsızlıq, burun axıntısı, boğazda qıcıqlanma, yüksək hərarət, ümumi halsızlıq və s. kimi simptomlar. Son günlərdə daha çox influenza virusuna rast gəlinir. Bu, hamımızın bildiyi qrip virusudur və olduqca geniş yayılıb. Nəticə etibarilə, sağaldıqdan sonra belə quru öskürək şəklində insan orqanizmində qala bilir. Bu öskürək orqanizmin müdafiə reaksiyası olduğu üçün virus hissəciklərini bədəndən xaric etmək məqsədilə daha da güclənir".

Həkim bildirdi ki, bu cür simptomlar yarandığı andan etibarən düzgün və vaxtında müalicə almaq lazımdır:

"Təəssüf ki, bəzən insanlar yanlış müalicə üsullarına üz tuturlar. Virus infeksiyaları zamanı antibiotik terapiyasından və digər lazımsız dərmanlardan istifadə edərək vəziyyəti daha da ağırlaşdırırlar və qalıcı öskürək problemi ilə üzləşirlər. Belə hallarda olan şəxslər mütləq ilk növbədə həkimə müraciət etməlidirlər. Əgər vəziyyət bronxit, bronxiolit və ya pnevmoniya ilə ağırlaşıbsa, differensial diaqnostika aparılmalı və müalicə buna uyğun şəkildə təyin edilməlidir. Bu cür öskürəklər adətən başladıqdan sonra ilk 48 saat ərzində quru xarakter daşıyır. İnsanlar bəzən bu quru öskürəyi dərhal kəsməyə çalışırlar. Lakin sonradan bəlğəmli öskürəyə keçid zamanı öskürək əleyhinə dərmanlar əks göstəriş yaradır və nəticədə yığılıb qalmış bəlğəmin orqanizmdən xaric olmasına mane olur. Bu səbəbdən insanlara tövsiyəmiz odur ki, özbaşına müalicə ilə məşğul olmasınlar və istənilən ağırlaşmış vəziyyətdə mütləq uyğun mütəxəssislə məsləhətləşdikdən sonra dərman müalicəsinə başlasınlar".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri