Icma.az
close
up
RU
Viruslarla bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ Dənizə getməyin!

Viruslarla bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ Dənizə getməyin!

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yay mövsümünün gəlişi ilə bir çox insan istirahət məqsədilə çimərliklərə üz tutur. Dəniz sularında çimmək istər fiziki, istərsə də psixoloji baxımdan müsbət təsirə malik olsa da, suyun gigiyenik keyfiyyəti bu prosesdə olduqca mühüm rol oynayır. Görünüşcə təmiz olan su belə, sanitar-epidemioloji baxımdan təhlükə yarada bilər. İyun və iyul aylarında küləkli hava şəraiti, çay və kanalizasiya axıntılarının dənizə qarışması, çimərliklərə yaxın ərazilərdə infrastrukturun yetərsizliyi nəticəsində dəniz suyu çirklənə bilər. Bu da bəzi infeksion və parazitar xəstəliklərin yayılmasına şərait yaradır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında infeksionist Aytən Ziyadova deyib. Həkim qeyd edib ki, çirkli dəniz suyuna məruz qalmaq nəticəsində insan orqanizmi müxtəlif xəstəliklərə yoluxa bilər:

“Bu yoluxmalar əsasən dəri, göz, qulaq, mədə-bağırsaq və sidik-cinsiyyət sistemlərinə təsir edir. Risk qrupuna isə daha çox uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər daxildir. pizza mizza

Ən çox rast gəlinən xəstəliklər arasında bakterial mənşəli infeksiyalar xüsusi yer tutur. Escherichia coli, Salmonella, Shigella kimi bakteriyalarla çirklənmiş suyun udulması və ya su ilə təmas nəticəsində insanlarda ishal, qarın ağrısı, ürəkbulanma və qusma kimi əlamətlər meydana çıxa bilər. Xüsusilə Pseudomonas aeruginosa bakteriyası xarici qulaq iltihabına (“üzgüçü qulağı”), dəridə irinli infeksiyalara və açıq yaraların çirklənməsinə səbəb ola bilər”.

A.Ziyadova virusların da dəniz suyu ilə insana yoluxa biləcəyini bildirib:

“Viruslar da çirkli dəniz suyunda mövcud ola bilər. Norovirus, Adenovirus və Enterovirus kimi viruslar mədə-bağırsaq traktına daxil olaraq kəskin ishal və qusma ilə müşayiət olunan qastroenteritə səbəb ola bilər. Bu infeksiyalar sürətlə yayıla və ictimai sağlamlıq üçün risk yarada bilər.

Parazitar infeksiyalar da yay çimərlik mövsümündə diqqət edilməli olan mühüm bir qrupdur. Giardia lamblia, Cryptosporidium və Entamoeba histolytica kimi parazitlər su vasitəsilə orqanizmə daxil olaraq qida borusu və bağırsaqlarda parazitar infeksiyalar törədə bilər. Bu, ishal, qarında köp, ağrılar və bəzən xroniki qida pozğunluqları ilə nəticələnə bilər.

Bu xəstəliklərin ilkin əlamətləri arasında ishal, ürəkbulanma, qusma, qızdırma, dəridə qızartı və qaşınma, göz qızartısı, qulaq ağrısı və halsızlıq yer alır. Belə simptomlar müşahidə edildikdə, insan dərhal həkimə müraciət etməlidir”.

Həkim insanlara bunları tövsiyə edir:

“Dənizdə çimməzdən əvvəl bəzi vacib qaydalara əməl edilməlidir. İlk növbədə, yalnız rəsmi olaraq təmizliyi yoxlanılmış və monitorinq nəticəsində çimməyə icazə verilmiş çimərliklərə üz tutmaq tövsiyə olunur. Suyun görünüşcə təmiz olması onun mikrobioloji cəhətdən təhlükəsiz olduğu anlamına gəlmir. Bu səbəbdən, xüsusilə axar suların yaxınlığında və ya kanalizasiya tullantılarına yaxın ərazilərdə çimməkdən çəkinmək lazımdır.

Bundan əlavə, açıq yaraları olan şəxslər dəniz suyuna girməməlidir. Çimdikdən sonra dərhal təmiz su ilə duş qəbul edilməli, göz və qulaq gigiyenasına diqqət yetirilməlidir. Uşaqların nəzarətsiz halda çirkli sularda oynamasına yol verilməməlidir. Hamilə qadınlar, immun sistemi zəif olan şəxslər isə daha ehtiyatlı davranmalı, yalnız tam gigiyenik çimərliklərdə dənizə girməlidirlər.

Sonda qeyd etmək lazımdır ki, dəniz sularında çimmək istirahətin əsas hissəsidir, lakin bu istirahətin sağlamlığa mənfi təsir göstərməməsi üçün şəxsi gigiyenaya əməl olunmalı, səlahiyyətli orqanların açıqladığı məlumatlara diqqətlə yanaşılmalıdır”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri