Icma.az
close
up
RU
Vişne Korkmaz: Qəbələ Zirvə Görüşündə regional sülhə dair konkret təkliflərin irəli sürülməsi mühüm addımdır

Vişne Korkmaz: Qəbələ Zirvə Görüşündə regional sülhə dair konkret təkliflərin irəli sürülməsi mühüm addımdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 oktyabr, Leyla Muradzadə, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) çoxtərəfli əməkdaşlığın bariz nümunəsidir və bu baxımdan liberal qlobal nizam daxilində regional əməkdaşlıq modeli kimi çıxış edir. TDT orta və kiçik dövlətlərin təsir gücünü artırmaq məqsədilə regional koalisiya qurmağa əsaslanan rasional strategiyanın bir hissəsidir. Bu ölkələr Şimal–Cənub və Şərq–Qərb qlobal ticarət marşrutlarının mərkəzində yerləşdikləri, həmçinin xammal, texnoloji bilik və insan resursu baxımından həm təchizatçı, həm keçid, həm də istehlak bazarı rolunu oynadıqları üçün, birlikdə fəaliyyət göstərdikcə qlobal sistemdə təsir güclərini artıracaq, danışıqlardakı mövqelərini isə əhəmiyyətli dərəcədə gücləndirəcəklər.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyənin İstanbul Nişantaşı Universitetinin professoru Vişne Korkmaz deyib.

O qeyd edib ki, TDT-yə üzv ölkələri birləşdirən regional fəaliyyət prinsipləri mövcuddur və bu prinsipləri həyata keçirə biləcək institusional çərçivə artıq formalaşıb. Xüsusilə Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi müşahidəçi ölkələrin Avropa və Aralıq dənizi regionları ilə əlaqələrinin koordinasiyalı şəkildə istifadəsi TDT-nin bu bölgələrdə daha güclü danışıqlar mövqeyi əldə etməsinə şərait yarada bilər. Bu baxımdan TDT+ təşəbbüsü əhəmiyyətli imkan kimi qiymətləndirilir. Yeni müşahidəçi və ya tərəfdaş üzvlərin qoşulması təşkilatın təsir və danışıqlar gücünü də genişləndirəcək.

Vişne Korkmaz TDT-nın funksional əməkdaşlığa böyük əhəmiyyət verdiyinə diqqət çəkib. Bildirib ki, TDT ortaq tarixi yaddaşdan və ideyadan, yəni ortaq kimlik və məqsədlərdən bəhrələnir. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təhlükəsizlik və regional sülh məsələlərinin daha konkret təkliflərlə gündəmə gətirilməsi son dərəcə əhəmiyyətlidir. Üzv və müşahidəçi ölkələr arasında müdafiə əməkdaşlığının artırılmasına dair təkliflər, məsələn birgə hərbi təlimlərin təşkili, kəşfiyyat əməkdaşlığının gücləndirilməsi ciddi şəkildə dəyərləndirilməli mühüm təşəbbüslərdir. “Hazırda TDT həm də təhlükəsizlik birliyidir, yəni üzv dövlətlər bir-biriləri ilə bağlı məsələləri sülh yolu ilə həll edəcəklərinə dair öhdəlik götürüblər. Təşkilat daxilində bu əməkdaşlıq həm əməkdaşlıqyönümlü təhlükəsizlik formatında, həm də ikitərəfli müdafiə sazişləri (məsələn, Şuşa Bəyannaməsi və digər) çərçivəsində inkişaf edir. TDT-nin real təhlükəsizlik və müdafiə ölçüsünə sahib olması təşkilatın etibarlılığını artıracaq. Bu istiqamət inkişaf etdikcə, TDT sülhməramlı missiyalarda və yaxın regionlardakı sabitlik təşəbbüslərində də daha təsirli faktora çevrilə bilər”, - deyə professor vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri