Icma.az
close
up
RU
Vitaminləri düzgün qəbul etmək üçün nəyi bilmək lazımdır?

Vitaminləri düzgün qəbul etmək üçün nəyi bilmək lazımdır?

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir çox insanlar vitaminləri həkim tövsiyəsi olmadan qəbul edirlər. Bunun nə qədər təhlükəli olduğunu Nutrisioloqlar Assosiasiyasının üzvü, dietoloq- nutrisioloq Yekaterina Matıskina Sputnik radiosuna müsahibəsində qeyd edib.

Matıskinanın sözlərinə görə, polivitamin kompleksləri xüsusi olaraq bütün tərkib elementlərinin uyğunluğunu nəzərə alaraq hazırlanıb və onları öz təşəbbüsü ilə qəbul etmək mümkündür.

“Əgər siz qışda avitaminoz baxımından sağlamlığınızı tənzimləmək istəyirsinizsə, o zaman bu və ya digər vitaminin uyğunluğu və onların dozasını nəzərə almaqla xüsusi hazırlanmış polivitamin komplekslərindən istifadə edə bilərsiniz. Multivitamin komplekslərində müalicəvi dozalar yoxdur, ona görə də onları həkim tövsiyəsi olmadan içmək təhlükəli deyil”, – deyə nutrisioloq vurğulayıb.

Diyetoloq xəbərdarlıq edib ki, yalnız bir vitamin tərkibli olan preparatlara daha ehtiyatla yanaşmaq lazımdır. Bu cür vasitələrin əks göstəriciləri ola bilər. Bundan əlavə, monovitaminlərin dozasında yanlışlıq arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu cür preparatlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.

“Həkim həqiqətən bu və ya digər vitaminlərə ehtiyacınız olub olmadığını göstərəcək qan analizi təyin edəcək. Yalnış dozalar orqanizmdə maddənin çoxluğuna səbəb ola bilər və ona zərər verə bilər. Məsələn, allergiya, ürəkbulanma və ya mədə-bağırsaq pozğunluğu kimi yan təsirlərə bais ola bilər”, – deyə Matıskina qeyd edib.

Nutrisioloq onu da əlavə edib ki, bir çox vitaminlər bir-biri ilə uyğunlaşmırlar. Müvafiq təhsili olmayan şəxs bu maddələrin uyğunluq cədvəllərini anlaması çətindir. Onun sözlərinə görə, eyni vaxtda iki fərqli monovitamin preparatını qəbul etməmək daha yaxşıdır.

Matıskinanın fikrincə, vitaminləri günün istənilən vaxtında qəbul etmək olar. Ancaq onları mütləq su ilə içmək lazımdır, digər içkilər bu məqsədə uyğun deyil.

“Vitaminləri meyvə şirəsi, çay, qəhvə və ən əsası spirtli içki ilə qəbul etmək olmaz. Əgər əl altında su yoxdursa, o zaman ümumiyyətlə vitamin içməyin. Vitaminlərin qəbul etmə vaxtına gəlincə isə, məsələn D və C vitaminləri – burada ciddi parametrlər yoxdur: həm səhər, həm də axşam, yeməkdən əvvəl və ya sonra vitaminləri qəbul etmək mümkündür. Ancaq qəhvəni vitaminlərdən 30-60 dəqiqə sonra içmək daha yaxşıdır”, – deyə dietoloq Matıskina qeyd edib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri