Icma.az
close
up
RU
Vitrində bir, kassada başqa qiymət Marketlərdə niyə belə hallar yaşanır?

Vitrində bir, kassada başqa qiymət Marketlərdə niyə belə hallar yaşanır?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Bazarstore”da qida məhsulunun üzərində göstərilən qiymətdən baha satıldığı müəyyən edilib. Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Eyni hal “ANC Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində də baş verib. Belə ki, orada da qida məhsulu müştəriyə üzərində göstərilən qiymətdən baha satılıb. Şirkət barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bəs görəsən, mağazalarda bu cür hallar texniki səhv ucbatından, yoxsa məqsədli şəkildə baş verir? Müxtəlif satış məntəqələrində, bazarlarda bu cür problemlərlə üzləşən istehlakçılar nə etməldir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, bu cür hallar çox geniş yayılıb.

Onun sözlərinə görə, 5 ildən artıqdır ki, marketlər bu yolla müştəriləri aldadır:

”Supermarketlər şəbəkəsində rəfdə bir, kassada isə başqa bir qiymətin olması çox geniş yayılmış istehlakçı problemidir. Bizə hər gün bu barədə şikayətlər daxil olur. Böyük ölçüdə istehlakçı aldadılması baş verir. Hələ mən çəkidə aldadılmanı demirəm. Bu, daha çox bazarlarda, kiçik marketlərdə baş verir. İri marketlərdə isə daha çox istehlakçıların qiymətdə aldadılması baş verir.

Bir qayda olaraq, istehlakçı rəfdə qiymətin aşağı olduğunu görür, kassa çekinə baxanda məhsulun rəfdə qoyulan qiymətdən baha satıldığını anlayır. Bəzən etiraz edir, məhsulu qaytarırlar, bəzənsə səs-küy salmaq istəmir, razılaşıb çıxıb gedir.”

E.Hüseynov bildirir ki, bu cür hallarla qarşılaşan vətəndaşlar ilk növbədə kassa çekinə diqqət yetirməli, fərq olduqda həm çekin, həm də məhsulun rəf qiymətinin şəklini çəkərək mağaza rəhbərliyinə müraciət etməlidir:

“Birmənalı şəkildə deyirəm, onlara müraciət edəndə deyəcəklər ki, “yadımızdan çıxıb.” İstehlakçının hüququ var ki, rəfdə hansı qiyməti görübsə, onu ödəsin. Bu passiv, zəif istehlakçı hərəkət alqoritmidir. Əgər istehlakçı başqa insanların da qayğısına qalırsa, empatiya hissinə malikdirsə, mütləq ikinci kassa çekini də götürməlidir. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Agentliyinə müraciət ünvanlayıb, həmin mağazada yoxlamalar həyata keçirilməsini tələb etməlidir".

Eyyub Hüseynovun sözlərinə görə, çox təəssüflər olsun ki, dövlət orqanları KİV-də gedən materialları izləmir, onun izinə düşmür:

"Halbuki cənab Prezident dəfələrlə bildirib ki, mən bir çox məsələləri KİV-dən öyrənirəm. Bəs dövlət orqanları niyə izləmir, niyə təqib etmir? Bax indi sizin bu material görək izləniləcəkmi, yoxlama aparılacaqmı? Biz çox narahatıq bu haldan. Bu, həddindən artıq geniş yayılmış problemdir".

E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə satış yerlərində istehlakçılar üçün nəzarət tərəziləri olmalıdır:

“Belə nəzarət tərəziləri də yox dərəcəsindədir. Bazarlar ən çox istehlakçı hüquqlarının pozulduğu, aldadıldığı yerlərdir. Buna süni qiymət artımı da, istehlakçıların aldadılması da demək olar. Çox təəssüf ki, bəzi dövlət orqanları bu məsələləri qulaqardına vururlar.”

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyun 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri