Icma.az
close
up
RU
Vitrinlə kassadakı qiymət fərqi: Marketlərdə yaranan anlaşılmazlıq RƏYLƏR

Vitrinlə kassadakı qiymət fərqi: Marketlərdə yaranan anlaşılmazlıq RƏYLƏR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox istehlakçı iri ticarət mərkəzlərində və marketlərdə alış-veriş edərkən rəfində göstərilən qiymətlə kassada ödənilən məbləğin fərqli olmasından şikayət edir.

Vitrinlərdə göstərilən qiymətlə kassadakı qiymət arasındakı uyğunsuzluq bəzən alıcı ilə satıcı arasında mübahisə yaranmasına səbəb olur. Bu məsələ böyük marketlərdə dəfələrlə gündəmə gətirilsə də, hələ də tam həll olunmayıb.

Belə çıxır ki, mağazalarda qiymətlərin uyğunlaşdırılması ilə bağlı ciddi problemlər mövcuddur. Bəs, bu problem niyə hələ də davam edir?

Bir çox istehlakçı iri ticarət mərkəzlərində və marketlərdə alış-veriş edərkən rəfində göstərilən qiymətlə kassada ödənilən məbləğin fərqli olmasından şikayət edir. Vitrinlərdə göstərilən qiymətlə kassadakı qiymət arasındakı uyğunsuzluq bəzən alıcı ilə satıcı arasında mübahisə yaranmasına səbəb olur. Bu məsələ böyük marketlərdə dəfələrlə gündəmə gətirilsə də, hələ də tam həll olunmayıb. Belə çıxır ki, mağazalarda qiymətlərin uyğunlaşdırılması ilə bağlı ciddi problemlər mövcuddur. Bəs, bu problem niyə hələ də davam edir?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan iqtisadçı-ekspert Asif İbrahimov məsələni belə şərh edib:

“Ümumiyyətlə, beynəlxalq praktikada belə bir yanaşma var: hər hansı bir uyğunsuzluq və ya problem yarandıqda, onun üzərində deyil, onu doğuran səbəblər üzərində işləmək lazımdır. Yəni zərbəni birbaşa problemin özünə yox, onu yaradan əsas səbəblərə vurmaq lazımdır ki, nəticə aradan qalxsın.

Bu məsələnin səbəbi isə ondan ibarətdir ki, hazırda bazarda çox dinamik şəkildə inflyasiya müşahidə olunur. Məsələn, köhnə partiya məhsulları hələ piştaxtalarda satılmamışkən, yeni partiya artıq pərakəndə və topdan satış məntəqələrinə, ambarlara daxil olur. Bu zaman piştaxtalarda olan məhsulun qiyməti ilə ambarlara yeni daxil olan eyni məhsulun qiyməti arasında qəpiklə də olsa fərq yaranır.

Yəni yeni gələn məhsullarda, baxırsan ki, bahalaşma baş verib. Bu isə həm obyektiv, həm subyektiv səbəblərlə, eyni zamanda həm daxili, həm də xarici amillərlə bağlıdır. Belə ki, bir çox məhsullar xaricdən idxal olunur. Azərbaycanda istehsal edilən məhsulların da tərkibində istifadə olunan xammal və inqrediyentlər əsasən xaricdən gətirilir. Bu səbəbdən, hər dəfə xammalın qiyməti artdıqca, yekun məhsulun istehsalına çəkilən xərclər də artır və nəticədə qiymətlərdə fərqlər yaranır. Ümumiyyətlə, bu məsələ ilə bağlı Azərbaycanda müvafiq qurumlar fəaliyyət göstərir. Məsələn, İqtisadiyyat Nazirliyinin tərkibində bu dinamika izlənilir”.

Asif İbrahimov əlavə edib ki, o, bu məsələ ilə şəxsən maraqlanıb:

“Mən özüm marketlərə, supermarketlərə müraciət etmişəm, soruşmuşam ki, bu vəziyyət niyə yaranır? Cavab verirlər ki, qiymətlər sürətlə dəyişir, biz isə yeni qiymətləri vaxtında piştaxtalara yerləşdirməyə çatdırmırıq. Yeni məhsul gəlir, qiyməti artıq fərqlidir, köhnə məhsul isə hələ satışdadır. Bu səbəbdən də qiymət fərqləri yaranır və bu da alıcılarda çaşqınlıq yaradır.

Bu vəziyyətin hansısa formada optimallaşdırılması vacibdir. Bəzən belə təəssürat yaranır ki, topdan və pərakəndə satış məntəqələri, supermarketlər və marketlər vətəndaşları aldadır. Amma məsələnin obyektiv tərəfi ondadır ki, qiymətlərin dayanmadan artması bu halı yaradır. Qiymətlər o qədər sürətlə bahalaşır ki, piştaxtadakı məhsulun qiymətini yeni partiya gələnədək dəyişməyə imkan olmur, nəticədə isə daha yüksək qiymətlərlə gələn növbəti partiya ilə arada ciddi fərq yaranır.”

Gununsesi.info -ya danışan satış və nəzarət üzrə ekspert Rəsul Kamalın fikrincə, bu, sadəcə texniki yox, həm də ciddi təşkilati məsuliyyətsizlikdir:

“Qiymət dəyişiklikləri sistemə səhər daxil olsa da, əgər etiketlər yenilənmirsə, məsuliyyət müştərinin deyil, mağazanın üzərinə düşür.

Keçmişdə mağaza müdiri kimi çalışdığım dövrdə bu problemin qarşısını almaq üçün ya axşamdan etiketləri dəyişirdik, ya da səhər tezdən gəlib bütün məhsulları yoxlayırdıq. Hətta hər gün sistemdən çıxan dəyişiklikləri bölmələr üzrə nəzarətdə saxlayırdıq.

Təəssüf ki, bəzən satıcıların məsuliyyətsizliyi və ya sadəcə sistemi günahlandırıb məsuliyyətdən yayınmaq cəhdi bu problemi daha da dərinləşdirir. Müştəri ilə mübahisə etmək və ya şirkəti ittiham etmək çıxış yolu deyil – əsas məsuliyyətli davranmaqdır.”

PR və marketinq mütəxəssisi Hüseynov Abbasəlinin fikrincə isə, son vaxtlar bəzi supermarketlərdə rast gəlinən qiymət fərqləri sadəcə texniki problem deyil:

“Bu, bəzən alıcının diqqətsizliyindən istifadə etmək cəhdidir. Əgər rəf işçiləri qiymətləri vaxtında dəyişməyə çatdırmırsa – sistem qurmaq lazımdır. Əgər kampaniyalar qarışıqlıq yaradırsa – daha sadə formada təqdim edilməlidir. Əgər müştəri aldandığını hiss edirsə – bəhanə yox, üzr vacibdir.

Etibarlı marketinq şəffaflıqla başlayır. Həm əmək, həm də müştəri dəyərlidir. Amma hər ikisini eyni anda itirmək heç bir marketinq strategiyasına uyğun deyil”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri