Icma.az
close
up
RU
Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir Politoloq

Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir Politoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yoxsa ABŞ-Rusiya sülh razılaşması mümkün olmayacaq

 Bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib: “Biz Ukraynada davamlı sülhü dəstəkləyirik. Amma istənilən sülh planının nəticə verməsi üçün Ukrayna və Avropa bu planın tərkibində olmalıdır”.

Qeyd edək ki, bundan əvvəl bəzi media orqanları ABŞ və Rusiya arasında gizli olaraq Ukrayna ilə bağlı sülh planının işlənib-hazırlanması və bu planda Avropanın olmaması barədə xəbərlər dərc edib.

Kallasın açıqlamasını şərh edən Milli Cəbhə Partiyası sədrinin başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Rusiya–Ukrayna müharibəsində Avropa İttifaqı faktiki olaraq tərəf kimi iştirak edir. Onun sözlərinə görə, ABŞ sülh planı hazırlayırsa, Aİ-nin də bu prosesdə yer alması zəruridir. Avropa dövlətlərinin razılığı olmadan ABŞ–Rusiya razılaşmasının uzunmüddətli perspektivi yoxdur. M.Əsədullazadə əlavə edib ki, ABŞ və Rusiyanın Avropa İttifaqını prosesdən kənarda saxlayaraq ön plana çıxması və hətta Ukrayna ərazilərinin hansısa formada ABŞ tərəfindən Rusiyaya güzəşt edilməsi Kiyev tərəfindən qəti şəkildə qəbul edilməyəcək:

“Ukrayna–Rusiya müharibəsi yalnız region dövlətlərinə təsir göstərmir, eyni zamanda Avropanın təhlükəsizlik arxitekturasını ciddi şəkildə pozur. Müharibənin birbaşa Avropa ərazisində gedən təsirləri göstərir ki, Aİ-ni prosesdən kənarda saxlamaq sülhün əldə olunmasına ciddi maneə yarada bilər. Bu şərtlər daxilində real və dayanıqlı sülh perspektivi çox məhduddur. Müharibənin ilk günlərindən Almaniya, Fransa və digər aparıcı Avropa dövlətləri Ukraynaya maliyyə, hərbi və humanitar dəstək göstəriblər. Bu dəstək yalnız Ukraynanın müdafiəsini gücləndirməklə kifayətlənmir, həm də Avropa təhlükəsizliyinin qorunmasına yönəlmiş strateji addım hesab olunur. Lakin ABŞ-nin Avropanı oyundan kənarda qoyaraq öz sülh planını ortaya atması və bu planı təkbaşına irəli sürməsi prosesdə balansın pozulması riskini artırır”.

M.Əsədullazadə qeyd edib ki, Avropa dövlətlərinin razılığı olmadan ABŞ–Rusiya razılaşması praktiki olaraq baş tutmayacaq. Onun fikrincə, Avropa İttifaqının iştirakı həm sülhün hüquqi və siyasi legitimliyini təmin edər, həm də Ukraynanın ərazi bütövlüyünün qorunması baxımından önəmli rol oynayar:

“Ukrayna müharibəsinin sülh yolu ilə həlli yalnız beynəlxalq koalisiyanın, o cümlədən ABŞ və Avropanın birlikdə iştirakı ilə mümkün görünür. Prosesdə Avropa İttifaqının kənarda qalması isə həm Ukraynanın, həm də Avropanın maraqlarına ciddi zərbə vuracaq və regionda davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri