Vitse spikerin iki cildlik kitabı Türkiyədə nəşr olunub
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türk Tarix Qurumu Milli Məclis sədrinin müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Azərbaycan Cümhuriyyəti tarixi” adlı iki cildlik monoqrafiyasını nəşr edib.
Modern.az xəbər verir ki, əsərin 407 səhifəlik birinci cildi 1991–2003-cü illəri, 566 səhifəlik ikinci cildi isə 2003–2024-cü illəri əhatə edir.
Bu, Azərbaycanın 1991–2024-cü illərdəki siyasi tarixinə həsr olunmuş və Türkiyədə çap edilmiş ilk əsər kimi təqdim olunur.
Monoqrafiyanın birinci cildində Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Ermənistanın ərazi iddiaları və işğal siyasəti, Xocalı soyqırımı, 1991–1993-cü illərdə ölkədə yaranmış vəziyyət, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və dövlətçiliyin möhkəmləndirilməsi araşdırılıb. Həmçinin “Əsrin müqaviləsi”, Konstitusiyanın qəbulu, enerji və nəqliyyat layihələri, daxili və xarici siyasətdə həyata keçirilən tədbirlər təhlil olunub.
İkinci cilddə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi, Türk Dövlətləri Təşkilatının yaradılması, Aprel döyüşləri və Vətən müharibəsi geniş yer alıb.
Bu cilddə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, Şuşa Bəyannaməsi, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpası və 2024-cü il növbədənkənar prezident seçkiləri də araşdırılıb.
Əsər Azərbaycanın müstəqillik dövrü tarixini öyrənən Türkiyə, türk dünyası və digər ölkələrin tədqiqatçıları üçün nəzərdə tutulub.
Qeyd edək ki, monoqrafiyanı nəşr edən Türk Tarix Qurumunun əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Oktyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















