Icma.az
close
up
RU
Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub

Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” əsəri Türkiyənin Karabük Üniversiteti tərəfindən e-kitab kimi yayınlanıb. Həmin kitab klassik formada da yaxın günlərdə işıq üzü görəcək. Kitabın redaktoru Karabük Universitetinin İqtisadi və İdari Elmlər Fakültəsinin əməkdaşı, professor Əli Əskərdir.
Newscenter.az xəbər verir ki, kitab yalnız Türk mənəvi dünyasının ən qədim qatlarını — Oğuz Ata, Qorqud Ata və Qam Atanın fəlsəfi dünyagörüşünü — işıqlandırmaqla kifayətlənmir. Müəllif düşüncə tariximizi tək bir mərhələ ilə məhdudlaşdırmadan, Türk fəlsəfi irsinin qədim mifoloji köklərindən klassik orta əsr şair-filosoflarına, Şərq renessansının böyük şəxsiyyətlərindən maarifçilik dövrünün yeni ideya sahiblərinə, nəhayət XIX–XX əsrin milli ideologiya qurucularına qədər uzanan geniş bir tarixi dövrü əhatə edir. Bu yanaşma həm konseptual bütövlüyü təmin edir, həm də Azərbaycan düşüncə tarixinin uzunmüddətli inkişaf ardıcıllığını aydın və sistemli şəkildə ortaya qoyur.
Əsərin əsas üstünlüyü yalnız qədim dövrlərin geniş və əhatəli şəkildə təhlilində deyil, həm də müəllifin klassik Azərbaycan intellektual mühitini — Xaqani Şirvani, Nizami Gəncəvi və Zeynalabiddin Şirvani yaradıcılığını — fəlsəfi düşüncənin mərkəzində təqdim etməsində özünü göstərir. Bu şəxsiyyətlərin əsərləri uzun müddət əsasən ədəbi kontekstdə təhlil edilsə də, onların fəlsəfi baxışları tarixən yetərli dərəcədə sistemləşdirilməmişdir. Faiq Ələkbərli isə bu boşluğu dolduraraq inandırıcı şəkildə göstərir ki, Azərbaycan klassiklərinin düşüncəsi yalnız poetik obrazların deyil, eyni zamanda rasional-fəlsəfi ideyaların da daşıyıcısıdır.
XIX əsrin maarifçi mühitini, xüsusilə Abbasqulu Ağa Bakıxanov, Əbülqasim Nəbatî və Məhəmməd Hidəci yaradıcılığını təhlil etdiyi bölmələrdə müəllif Azərbaycan mütəfəkkirlərinin Şərq və Qərb düşüncə modellərini hansı intellektual zəmində və necə sintez etdiklərini aydın şəkildə nümayiş etdirir. Milli dirçəlişin başlanğıc mərhələsi kimi səciyyələnən bu dövr, fəlsəfi və ictimai fikrin müasirləşmə yolunda keçdiyi mərhələləri anlamaq baxımından son dərəcə önəmlidir.
Əsərin son iki fəsli Azərbaycan və bütövlükdə Türk dünyasının XX əsrdə öz milli ideoloji platformasını formalaşdırmasında müstəsna rol oynamış Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna həsr olunmuşdur. Müəllif bu böyük mütəfəkkirləri yalnız siyasi düşüncə adamları və publisistlər kimi deyil, eyni zamanda dərin fəlsəfi-intellektual konsepsiyaların müəllifləri kimi təqdim etməyə nail olur. Türkçülük, modernləşmə, maariflənmə və millət ideyası kimi anlayışlar onların düşüncə sistemində təkcə siyasi kateqoriyalar deyil, həm də fəlsəfi mahiyyət daşıyan məfhumlar kimi çıxış edir. Kitabda bu istiqamətlər arasında qurulan elmi əlaqə müasir milli ideyanın mənəvi-fəlsəfi əsaslarını anlamaq baxımından xüsusi dəyər kəsb edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri