Icma.az
close
up
RU
Viza prosedurları sadələşdirilir

Viza prosedurları sadələşdirilir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Formula 1” yarışına gələn əcnəbilər “ASAN” viza əldə edəcəklər

2025-ci ildə Bakı şəhərində keçiriləcək “Formula 1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdiriləcək. Dövlət başçısının bununla bağlı imzaladığı müvafiq sərəncama əsasən, müvafiq təşkilatlara viza rejiminin sadələşdirilməsi üçün tapşırıqlar verilib. Belə ki, Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə “Formula 1” yarışına görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək. Həmin məlumatlar elektron resurslarda əks etdirilməklə aviaşirkətlər tərəfindən əcnəbi vətəndaşlara çatdırılacaq.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yarışla bağlı ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verəcək. “Formula 1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkəti və Beynəlxalq Avtomobil Federasiyası isə müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və digər sənədlərin verilməsini təmin edəcək. Azərbaycana səfər edəcək əcnəbilərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı yaradılacaq. Sadələşdirilmiş viza barədə məlumat və prosedurlar Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək. Dövlət başçısının tapşırığına əsasən, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, “Formula 1” yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlər də qısa dövr ərzində öz həllini tapacaq.

“ASAN Viza” xarici turistlər üçün asan giriş qapısıdır

Qeyd edək ki, Azərbaycan hökuməti xarici turistlərin gəlişini stimullaşdırmaq üçün asan viza rejimini təmin edib. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ilə “ASAN Viza” sistemi yaradılıb. 2017-ci ildən fəaliyyət göstərən “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “www.evisa.gov.az” internet səhifəsinə daxil olaraq bu prosedurları çox rahatlıqla həyata keçirirlər. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edirlər. “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsini təmin etmək mümkündür.

Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq idamn yarışlarına tamaşa etmək üçün gələn turistlərin viza məsələlərinə ən operativ və asan qaydalar yaradıb.

Viza təşviqləri turizmin və biznesin inkişafını motivasiya edir

Bütün bu viza təşviqləri ölkəmizə gəlmək istəyən xarici qonaqları turizm motivasiyalarını artırır. Azərbaycanda keçirilən “Formula 1” Avropa Qran Pri yarışı xarici qonaqlar üçün olduqca maraq doğurur və bir neçə ildir ki, bu beynəlxalq yarışı izləmək üçün ölkəmizə səyahət edən turistlərin sayı artır. Viza rejiminin asanlaşdırılması və sadələşdirilməsi isə bu axını bir qədər də artırır. Bu baxımdan asan viza rejiminin tətbiqi turizm sektoruna və eləcə də hotel, restoran, xidmət, iaşə və ümumilikdə iqtisadi sektora da mühüm faydalar verir. Xarici turistlər Bakıda qaldıqları müddətdə xərclədikləri pullarla turizm və xidmət sektoruna, eləcə də digər iqtisadi sahələrə gəlir əldəetmə şansı yaradırlar.   

Sadələşdirilmiş viza rejimi, həmçinin, kiçik sahibkarlıq və biznes icması üçün yeni fürsət olmaqla, onların da marağını yüksəldir. Eyni zamanda, bu yarışa gələn xarici qonaqlar arasında nüfuzlu investorlar, biznes təmsilçiləri də yer alırlar, onlar bu səyahətdən bir iqtisadi fürsət və axtarış kimi istifadə edərək Azərbaycanın biznes və investisiya mühiti ilə birbaşa tanış olur, xidmət və ticarət sektorlarında öz partnyorları ilə təmas qururlar. Bir çox hallarda kəşfiyyat xarakteri daşıyan bu səfər və görüşlər uğurlu biznes sövdələşmələri, müştərək ticari layihələrin ərsəyə gəlməsi ilə bitir.

Bütün bunlar bir daha “Formula-1” yarışının uğurlu layihə kimi turizm və qeyri-neft sektorunun inkişafı, sərmayələrin cəlb olunması baxımından olduqca önəmini göstərir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri