Icma.az
close
up
RU
Vladimir Putinin üzr istəməsi Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi ilə bağlıdır RƏY

Vladimir Putinin üzr istəməsi Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi ilə bağlıdır RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

"Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Qroznıda AZAL-a məxsus sərnişin təyyarəsini vurması əvvəllər versiya kimi nəzərdən keçirilirdisə, indi daha versiya deyil, həqiqətdir, reallıqdır. Bu reallığı Rusiyanın ali siyasi rəhbərliyi qəbul edib. 3 günlük "pauza"dan sonra özləri də bu qənaətə gəldilər ki, qəsdən olmasa belə, fakt faktlığında qalır. Cinayət hadisəsi baş verib".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

"Rusiya Prezidenti Vladimir Putin cənab İlham Əliyevə telefon zəngi etdi. Prezidentdən və Azərbaycan xalqından üzr istədi. Eyni zamanda onun tapşırığı ilə ölkəsində təyyarə qəzası ilə bağlı cinayət işi açılıb, məsələnin çox şəffaf şəkildə araşdırılacağı öhdəliyi götürülüb. İnanırıq ki, cinayətkarlar cəzalandırılacaqlar. Bundan sonra kompensasiya məsələləri gündəmə gəlməlidir. Hesab edirəm, Vladimir Putinin üzrü iki dövlət arasında münasibətlərin qırılma nöqtəsinə gəlib çatmasına imkan vermədi. Onun addımı münasibətlərimizdəki gərgin vəziyyətin aradan qaldırılmasına xidmət etdi. Belə də olmalı idi. Beynəlxalq praktikada da yanaşma belədir. Bundan sonra digər müvafiq addımlar atılacaq. Rusiya və Azərbaycanın hüquq mühafizə orqanları bu istiqamətdə fəal əməkdaşlığa başlayıblar. Ən əsas məsələ cinayətkarın cəzalandırılmasıdır. Çünki əks halda işlər yaxşı getmir. Qarşılıqlı inamsızlıq yaranır. Azərbaycan və Rusiya strateji müttəfiqdirlər. Məsələyə bu məntiqlə yanaşdıqda Rusiya da maraqlı olmalıdır ki, müttəfiqlik münasibətlərinə heç bir halda xələl gəlməsin. Təyyarə qəzası ilə bağlı Rusiyanın bir qədər "pauza" verməsi sözün həqiqi mənasında gərginlik yaratmışdı. Artıq gərginlik aradan qalxdı. Bu, ilk növbədə Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyi ilə bağlıdır. Məsələ cənab Prezidentin ən yüksək səviyyədə nəzarəti altında idi. Rusiyanın bir subyektinin rəhbərinin Azərbaycan Prezidenti ilə məsələni müzakirə etməsi cənab İlham Əliyev tərəfindən qəbuledilməz idi. Sonrakı hadisələr də göstərir ki, dövlət başçımızın prinsipial mövqeyi öz nəticəsini verdi və cənab İlham Əliyev kifayət qədər güclü liderdir. O qədər də böyük olmayan Azərbaycana rəhbərlik edir, amma bu dövlətin dünyada sözü və çəkisi kifayət qədər böyükdür. Əslində bu, cənab Prezidentin misilsiz fəaliyyəti ilə bağlıdır", — deputat bildirib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see237

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see191

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see172

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see156

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see151

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see133

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see131

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see128

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see127

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see125

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see122

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see118

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see118

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see114

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see113

Bakir Həsənov həbsdə qaldı

01 İyul 2025 13:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri