Icma.az
close
up
RU
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı TƏFƏRRÜAT

“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı TƏFƏRRÜAT

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Qala Sığorta” ASC-nin əməkdaşını sosial şəbəkədə təhqir edən şəxs cəzalandırılıb. Məhkəməyə verilən şəxs sığorta şirkətinin əməkdaşına “dümbələk” dediyinə görə üzr istəsə də cəzadan canını qurtara bilməyib.

Avtosfer.az xəbər verir ki, ASC-nin Taleh adlı əməkdaşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək müştəri Sənan Əhmədovun “TikTok” sosial şəbəkə hesabında onu təhqir etdiyinə görə cəzalandırılmasını istəyib.

Xüsusi ittihamçı bildirib ki, Sənan Əhmədov maşınla qəza törətdiyi üçün hadisə yerinə baxış keçirilən zaman onun günahkar olduğu müəyyən edilib. Lakin Sənan Əhmədov dəymiş zərərə görə sığorta ödənişi istəyib. Ödənişi ala bilmədiyi üçün sosial şəbəkədə video paylaşaraq “Qala Sığorta” və şirkətin əməkdaşının ünvanına “mürdəşir”, “maşennik", “çaqqal”, “fırıldaq”, “vicdansız”, “murdar”, “dümbələk”, “şərəfsiz”, “tərbiyəsiz”, “alçaq” kimi sözlər işlədib.

Sənan Əhmədov paylaşdığı videolarda sığorta şirkətinin onun pulunu vermədiyini, şirkətin dələduzluqla məşğul olduğunu iddia edib.

Bundan sonra şirkətin əməkdaşı məhkəməyə müraciət edərək şərəf və ləyaqətini nalayiq formada alçaldan Sənan Əhmədovun cəzalandırılmasını istəyib.

Barəsində şikayət verilən Sənan Əhmədov deyib ki, Talehə sadəcə “dümbələk” deyib. Həmçinin bildirib ki, etdiyi səhvə görə öz “TikTok” səhifəsində də paylaşım edib. Sənan bildirib ki, Talehlə barışmaq istəsə də qarşı tərəf razı deyil.

Məhkəmə iclasında Sənan Əhmədovun paylaşdığı videolar sübut kimi izlənilib və qeyd edilən ifadələrin səsləndirildiyi təsdiq edilib.

Məhkəmə Sənan Əhmədovu təhqir və böhtan atama maddələri ilə təqsirli bilərək 1200 manat cərimə edib.(musavat)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri