Icma.az
close
up
RU
Volkan Konakla Vaqif Mustafazadəni birləşdirən tale 45 il əvvəl nə baş verib?

Volkan Konakla Vaqif Mustafazadəni birləşdirən tale 45 il əvvəl nə baş verib?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur sənətçisi Volkan Konak Şimali Kiprdə konsert zamanı infarktdan vəfat edib. Bu hadisə Azərbaycanın əfsanəvi cazmeni Vaqif Mustafazadənin oxşar taleyini gündəmə gətirib.

Globalinfo.az bəstəkarın ölümü barədə məlumatı təqdim edir:

Əvvəlcə qeyd edək ki, caz-muğam üslubunun banisi, Azərbaycan SSR Əməkdar artisti Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə doğulub.

Ömrünü musiqiyə həsr edən Mustafazadənin son anları da səhnədə keçib.

Belə ki, cazmen 1979-cu ildə konsert üçün Daşkəndə yola düşür. Ancaq təşkilatçılar onu aldadırlar. Konsert haqda heç yerdə elan verilmir. Buna bərk əsəbiləşən Vaqif Mustafazadəni həkimlər səhnəyə çıxmağa qoymur. Lakin o, azsaylı tamaşaçının qarşısına çıxmaqda israr edir. “Əzizəni gözləyirəm” mahnısının ifası zamanı, məhz royal arxasında bəstəkarın ürəyi tutur. O, 1979-cu il dekabrın 16-sı 39 yaşında vəfat edir.

Ümumiyyətlə, pianoçu bundan əvvəl də oxşar təhlükə ilə üz-üzə qalıb. Səbəb isə Vaqif Mustafazadə yaradıcılığını öz vətənində milli musiqiyə, muğama xəyanət kimi qiymətləndirənlərin olması idi. Cazmen bu ədalətsizliyə qarşı çıxsa da, əsəb problemləri özünü büruzə verirdi. Daşkənd konsertində isə o, səhnəyə həm də incimiş, haqsızlıqlardan boğaza yığılmış vəziyyətdə çıxdı. Nəticədə Mustafazadəyə konsertin son akkordlarını vurmaq nəsib olmadı.

“Əzizəni gözləyərkən”  ifası 

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri