Icma.az
close
up
RU
Volker Türkün Azərbaycanla bağlı iddiaları tamamilə qərəzlidir

Volker Türkün Azərbaycanla bağlı iddiaları tamamilə qərəzlidir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda mühakimə olunan erməni əsilli şəxslər özləri də Azərbaycana qarşı cinayətlərə yol verdiklərini məhkəmədə etiraf edirlər


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması


Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilən cinayətlərdə Ermənistanın eks prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın məsuliyyət daşıdığı danılmaz faktdır. Onların hər biri fərqli dövrlərdə, faşist ideologiyasına xidmət edən siyasətlər həyata keçirərək bölgənin etnik və mədəni mənzərəsinə ciddi ziyan vurub. Levon Ter-Petrosyanın rəhbərliyi dövründə azərbaycanlıların Qərbi Azərbaycandan - indiki Ermənistandan zorla qovulması baş verdi. 

Bu proses azərbaycanlı ailələrin öz ev-eşiklərindən məhrum edilməsinə, tarixi yurd yerlərinin boşaldılmasına səbəb oldu. Robert Köçəryan və Serj Sarkisyan isə daha da irəli gedərək, Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlı əhalini sistematik şəkildə doğma torpaqlarından çıxarmaq üçün hərbi cinayətlər törətdilər. Onların rəhbərliyi ilə həyata keçirilən planlar təkcə deportasiya ilə məhdudlaşmadı - bu planlar minlərlə azərbaycanlının soyqırımına və faciəli taleyinə yol açdı. Bu şəxslərin birbaşa iştirak etdiyi hadisələr, verilən tapşırıqlar və təşkil olunan cinayətkar əməliyyatlar beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, bəşəri dəyərlərə də meydan oxumaqdır. "Azərbaycanlılar və ermənilər genetik və etnik cəhətdən bir-birinə uyğun gəlmirlər. Ona görə də eyni ərazidə yaşaya bilməzlər". Ölkədə genişlənən etirazlar fonunda Köçəryan 1997-ci ilin martında Ermənistanın ovaxtkı Prezidenti Levon Ter-Petrosyan tərəfindən ölkənin baş naziri təyin edildi. 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra o, prezidentin səlahiyyətlərini icra etdi. Həmin il etiraz dalğası fonunda hakimiyyətdəki resursların hesabına martın 30-da prezident seçilərək Xocalı qatili Köçəryan Qarabağdakı erməni separatçı dəstələrinə və xaricdəki erməni diasporunun maliyyə dəstəyi ilə formalaşan silahlı qruplaşmalara başçılıq edib. Onun rəhbərliyi altında azərbaycanlılara qarşı sistematik qırğınlar həyata keçirilib, bu isə xalqımızın yaddaşında silinməz bir iz buraxıb. Xocalı faciəsi Köçəryanın cinayətkar fəaliyyətlərinin ən dəhşətli nümunələrindən biridir. Həmin gecə yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Bu soyqırımı, yalnız Azərbaycan tarixində deyil, dünya ictimaiyyətinin də vicdanında ağır bir yara kimi qalmaqdadır. Robert Köçəryanın törətdiyi cinayətlər, beynəlxalq hüquq və insan haqları prinsiplərinə qarşıdır. Onun əməlləri yalnız bir xalqa deyil, bütün bəşəriyyətə qarşı cinayət olaraq qiymətləndirilməli və dünya ictimaiyyəti tərəfindən qətiyyətlə qınanmalıdır. Bu ədalət çağırışı təkcə keçmişin dərslərindən nəticə çıxarmaq deyil, həm də gələcəkdə belə faciələrin qarşısını almaq üçün vacibdir. Xüsusi vurğulanmalıdır ki, o, 2003-cü il yanvarın 16-da Moskvadakı çıxışı zamanı Qarabağda baş verən etnik təmizləmə siyasəti haqqında belə demişdi: "Azərbaycanlılar və ermənilər genetik və etnik cəhətdən bir-birinə uyğun gəlmirlər. Ona görə də eyni ərazidə yaşaya bilməzlər". Bu ifadə bir növ bəşəri soyqırımı və cinayət əməllərini törədən ermənilərin əlində bayraq kimi idi. Əfsuslar olsun ki, terrorçu mahiyyət və xislət illər keçsə də dəyişmədi. Bu səfər Ermənistan hakimiyyətində simalar yeni olsa da, eyni üslub və xətt davam etdirildi. Bu dəfə səhnədə "lider" obrazında Serj Sarkisyan var idi. 1992-ci ilin fevralında Xocalıda baş verən faciədə - bəşər tarixinin ən qanlı soyqırımlarından birində iştirak edib. O, Xocalı faciəsini törədən silahlı qüvvələrə rəhbərlik etmiş, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə günahsız insanın ölüm əmrini verib və soyqırımın birbaşa iştirakçısı olub. Bu səbəbdən Serj Sarkisyanın adı, törədilən insanlıq cinayətləri ilə bağlı məsələ Avropa İnsan Haqları Məhkəməsində müzakirəyə çıxarılıb. Sarkisyanın Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlama isə onun cinayətlərini etiraf etməsi kimi dəyərləndirilir. İngilis jurnalist Tomas de Vaalın "Xocalı soyqırımı haqqında nə düşünürsünüz?" sualına Sarkisyanın verdiyi cavab bütün dünya ictimaiyyətini sarsıtdı: "Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi". Bu sözlər, Serj Sarkisyanın soyqırımda birbaşa iştirakını, həm də törədilən faciənin məqsədli şəkildə həyata keçirildiyini təsdiq edir. Həmin açıqlama Sarkisyanın mülki əhalini hədəfə alan cinayətlərdə məqsədli bir planın olduğunu açıq şəkildə göstərir. Serj Sarkisyanın törətdiyi cinayətlərə beynəlxalq hüquq müstəvisində layiqli qiymət verilməlidir. Bu, təkcə keçmişin ədalətini bərpa etmək deyil, həm də gələcəkdə belə faciələrin qarşısını almaq üçün vacib bir addım olmalıdır. Dünya ictimaiyyəti bu cür insanlıq əleyhinə cinayətlərə göz yummamalıdır. 

Ötən gün Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrə ofisində QHT-lər tərəfindən anılıb. Plenar sessiyada ilk dəfə ard-arda üç Azərbaycan QHT-si çıxış edib. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Erkən xəbərdarlıq və soyqırımın qarşısının alınması" mövzusunda çıxışı zamanı 26 fevral 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı haqqında danışaraq bunun insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb: "Həmin gecə 2000-dən çox dinc azərbaycanlı amansızcasına qətlə yetirilib". Həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtər şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi raket hücumlarını da xatırladıb. Ədalətin zəfər çaldığını bildirən İskəndərli 2023-cü ildə Azərbaycanın Xocalı üzərində tam suverenliyini bərpa etdiyini qeyd edib: "Bu gün Xocalı doğma evinə qayıdan azərbaycanlı ailələr üçün yenidən ümid və sevinc mənbəyinə çevrilib, uşaqların gülüş səsləri bir daha eşidilir". Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli panel müzakirəsində çıxış edib. O, çıxışına Xocalı soyqırımının 33-cü ildönümünü xatırladaraq başlayıb və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu vəhşilik nəticəsində 613 dinc azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 yaşlı insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Nədimə Rəhimli çıxışında itkin düşmüş azərbaycanlıların taleyinə diqqət çəkərək bildirib ki, Birinci Qarabağ müharibəsində 1275 nəfər girov götürülüb və onlardan 150-nin taleyi bugünədək naməlum olaraq qalır. O vurğulayıb ki, bu soyqırımı nəticəsində 8 azərbaycanlı ailəsi tamamilə məhv edilib və bu, ermənilər tərəfindən azərbaycanlıları qorxu içində saxlamaq, məcburi köçkünlüyü sürətləndirmək məqsədilə planlaşdırılmış bir akt olub. Bundan əlavə, panel müzakirəsində “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova çıxış edərək Azərbaycan QHT-lərinin silsilə çıxışlarını bu mövzu üzrə yekunlaşdırdı. Çıxışında 26 fevral Xocalı soyqırımının 33-cü ildönümünü bir daha vurğulayıb, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasının vacibliyini qeyd edib. Səfərova, BMT-nin bu cür faciələrin qarşısının alınması məqsədilə qurduğu erkən xəbərdarlıq sistemlərinin mövcudluğuna baxmayaraq, bəzən bu mexanizmlərin effektiv olmadığını və faciələrin qarşısını almaqda yetərsiz qaldığını bildirdi. "Bu mexanizmləri daha effektiv etmək və xalqların öz hüquqlarını qoruması üçün daxili güclərini formalaşdırması üzərində düşünməliyik". 

Qeyd edək ki, hazırda Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. O, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib. Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır. O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”. Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib. Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Vardanyan, Harutrunyan, Manukyan və digər cinayətkarların azadlığa buraxılmasını tələb edən bəyanat səsləndirib. O deyib ki, "Azərbaycanda saxlanılan etnik ermənilər dərhal azadlığa buraxılmalıdır".


“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı "Şərq"ə deyib ki, BMT rəsmisi Volter Volker Türkün Azərbaycanla bağlı iddiaları tamamilə qərəzlidir. Ekspertin sözlərinə görə, bu, beynəlxalq hüququn istismarıdır: 

"Volter Türk əgər insan hüquqlarının müdafiəsini gündəmə gətirirsə, o, mütləq 30 ildir işğal altında qalan Azərbaycan torpaqlarından, orada insanlarımıza qarşı törədilən soyqırımlardan, Qarabağda mədəni irsimizə yönəlik vəhşilikdən də danışmalıdır. Bir beynəlxalq təşkilat nümayəndəsinin illərdir bunları görməzdən gəlməsi hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslərin müdafiəsi qəbul olunan deyil və beynəlxalq hüququn müəyyən qüvvələrin əlində geosiyasi təzyiq alətinə çevrildiyinin nümunəsidir. Bakıda mühakimə olunan erməni əsilli şəxslər özləri də Azərbaycana qarşı cinayətlərə yol verdiklərini məhkəmədə etiraf edirlər. Məhkəmə gedişində onların bir çox cinayətləri üzə çıxır. Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında informasiya mübarizəsi sürətlə davam edir. Azərbaycan hərbi müstəvidə qələbəsini təmin edib, amma düşmənin ölkəmizə qarşı informasiya terroru mütəmadi olaraq davam edir. Ermənistan Azərbaycanın haqlı qələbəsinə, beynəlxalq hüquqa əsaslanan mübarizəsinə kölgə salmağa, ədalətin təmin olunmasını qaralamağa çalışır. Müxtəlif formalarda yalan, böhtan kampaniyalarını Azərbaycana qarşı yönəldir. O baxımdan informasiya mübarizəsində şübhəsiz ki, müvafiq dövlət qurumları, media ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da üzərinə düşür. Çünki dünya praktikasında QHT-lər tərəfindən qaldırılan problemlər son dərəcə ciddi qəbul olunur. Müxtəlif beynəlxalq təşkilatlarla geniş müzakirəyə səbəb olur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan QHT-lərinin BMT-də çıxışı, orada Azərbaycan həqiqətlərinin dilə gətirilməsi, vətəndaş cəmiyyəti institutu tarixində az rast gəlinən hallardandır. QHT-lər indiki informasiya mübarizəsi dövründə əlaqələrini maksimum genişləndirməli və bütün imkanlarından Azərbaycanın beynəlxalq platformada təbliği baxımından istifadə etməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Mart 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri