Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















