İspaniyada müxalif partiya baş nazir və digər siyasətçilərin saxta videolarını yaydı
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın müxalif Xalq Partiyası (PP) baş nazir Pedro Sançesin və onun rəhbərlik etdiyi Sosialist Partiyası üzvülərinin süni intellekt vasitəsilə hazırlanmış videolarını yayımlayaraq qalmaqala səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Süni intellekt vasitəsilə yaradılan videolarda siyasətçilər qanunsuz ödənişlər aldıqlarını, qanun pozuntularını etiraf edirlər. Noyabrın 29-na təyin edilən parlament seçkiləri ərəfəsində yayımlanan video siyasi mübarizədə süni intellektdən istifadə ilə bağlı mübahisələrə səbəb olub.
Videonun bir epizodunda isə baş nazirin həyat yoldaşı Beqonya Qomes ərinin vasitəsiylə universitetdə vəzifə aldığını etiraf edir. Digər epizodda İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriges Sapatero seyfdə gizlədilən qiymətli əşyalardan danışır.
Xalq Partiyası videonun siyasi satira xarakteri daşıdığını açıqlayıb. Partiyanın bəyanatına görə, paylaşımın qeyd hissəsində materialın süni intellekt vasitəsilə hazırlandığı göstərilib, lakin bu qeyd çox kiçik şriftlə yazılıb.
İspaniyanın rəqəmsal transformasiya naziri Oskar Lopes videonu tənqid edərək səhnələri cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, süni intellekt texnologiyalarından xəbərsiz insanlar videoda gördüklərini siyasətçilərin həqiqi etirafları kimi qəbul edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 24 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















