Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar 7 nəfər itkin düşdü
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İndoneziyada Anak Krakatau vulkanı yaxınlığında 7 nəfər itkin düşüb. Onlardan 5-i jurnalistdir.
Milli.Az ANTARA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də Banten əyalətində baş verib.
Məlumata görə, jurnalistləri daşıyan sürətli qayıq Pagedongan körpüsündən yola düşüb. Onlar Anak Krakatau vulkanı barədə reportaj hazırlamaq məqsədilə əraziyə gediblər. Lakin bir müddət sonra qayıqdakı şəxslərlə əlaqə kəsilib.
Qayıqda ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas, "Merdeka" nəşrinin əməkdaşı Ari Basuki, "iNews" jurnalisti Yudhis, "Anadolu" agentliyinin əməkdaşı Daus və müstəqil jurnalist Donalın olduğu bildirilir. Qayıqda şəxsiyyəti hələ müəyyənləşdirilməyən daha iki nəfər də olub.
Agentlik axtarış-xilasetmə əməliyyatının ilk mərhələsinin nəticəsiz qaldığını açıqlayıb.
Bildirilir ki, ərazidə vulkan püskürməsinin davam etməsi axtarış-xilasetmə işlərini çətinləşdirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















