Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Vüqar Bağırov: Xəyallarımdan biri Ayaks və ya Barselona da oynamaqdır

Vüqar Bağırov: Xəyallarımdan biri Ayaks və ya Barselona da oynamaqdır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Ən böyük xəyallarımdan biri "Ayaks" və ya "Barselona" kimi nəhəng klublarda oynamaqdır".

Bunu Oxu.Az-a müsahibəsində "Turan Tovuz" klubunun əvəzedicilərindən ibarət komandasında çıxış edən futbolçu Vüqar Bağırov deyib.

- Futbola marağınız necə başladı?

- 4-5 yaşlarında olardım, məhəllədə futbol oynayan uşaqları gördüm, mən də oynamağa başladım. Günlər keçdikcə bu idman növünə həvəsimin çox artdığını və potensiyalımın olduğunu gördüm.

- İlk dəfə hansı klubda məşqlərə başlamısınız?

- İlk dəfə "Qarabağ"da məşqlərə başlamışam

- Futbolu sizə sevdirən futbolçu kim olub?

- Məni futbola sevdirən Lionel Messi olub. Çünki, oyun tərzi və sol ayaq olması məndə xüsusi maraq yaratdı. Buna səbəb mənim də sol ayaqla oynamağımdır.

- Hansı mövqedə oynayırsınız və bu mövqeni seçməyinizin səbəbi nədir?

- Açığı mövqe olaraq cinah hücumçusu kimi oynaya bilsəm də, daha çox sol cinahda, müdafiədə çıxış edirəm.

- Bu günə qədər ən yaddaqalan oyununuz hansıdır?

- Ən yaddaqalan oyunum 2023-cü ildə də "Alanyaspor" - "Trabzonspor" görüşü olub. O oyunda komandamızın geridə olmasına baxmayaraq, son dəqiqələrdə qollar vuraraq qələbə qazanmışdıq və həmin qarşılaşmada bir məhsuldar ötürmə etmişdim.

- Peşəkar karyeranızda sizi ən çox çətinliyə salan məqam nə olub?

- Mənim həmişə xaricdə sənədlə bağlı problemlərim olurdu. Məyus olduğum məqamlar o idi ki, komandama lazımlı vaxtlarda kömək edə bilmirdim. Bu isə mənə psixoloji olaraq əks təsir göstərirdi.

- Komandada özünüzü necə hiss edirsiniz? Komanda ruhu sizin üçün nə qədər vacibdir?

- Komandaya yeni gəlməyimə baxmayaraq məni çox yaxşı qarşıladılar. Komandamı və yoldaşlarımı çox sevirəm. Biz hər həftə oyuna köklənib, qələbə qazanmaq üçün stadiona çıxırıq. Komandamın canla-başla mübarizə aparması məni çox sevindirir və istədiyimiz nəticəyə də nail oluruq.

- Əgər bir oyun üçün istənilən futbolçunu komanda yoldaşın kimi seçə bilsəydin, bu, kim olardı və niyə?

- Alexandro Balde ("Barselona") ilə birlikdə oynamaq istəyərdim. Bunun səbəbi, sürətli oyun qurması, dəqiq pasları və yeri gəldiyində kritik qollar vurmağı bacarmasıdır. Komandası üçün çox faydalı oyunçudur.

- Uğursuzluqlardan necə yayınmağı bacarırsınız?

- Mənim bu günə kimi əldə etdiyim bütün uğurlar anamın sayəsindədir. Tribunada onun üzünün güldüyünü görmək və mənimlə qürur duyması ən böyük motivasiya səbəbidir.

- Futbol sizə səbr etməyi, yoxsa risk etməyi öyrədib?

- İstər yüksəliş, istərsə də düşüş anlarında insan üzərində çox çalışmalı, səbirli olmalı və disiplinini qorumalıdır. Bu yalnız futbolçular üçün yox, hər kəs üçün keçərlidir.

- Futboldan kənar vaxtlarınızı necə keçirirsiniz?

- Futboldan kənar vaxtımı ailəmlə, dostlarımla keçirirəm.

- Boş vaxtlarınızda hansı məşğuliyyətləri sevirsiniz?

- Boş qalmağı sevmirəm, bu səbəbdən də ekstra məşqlər edirəm və üzgüçülük ilə məşğul oluram.

- Azarkeşlərlə necə münasibət qurursunuz?

- Azarkeşlərimizin hər biri mənə çox stimul verir. Bu səbəbdən də onlara minnətdaram.

- Özünüzü beş ildən sonra harada görürsünüz?

- Özümü beş ildən sonra komandamın aparıcı və ən əsas oyunçusu olaraq görürəm.

- Gələcəkdə legioner həyatı yaşasanız, hansı klublarda çıxış etmək istəyərdiniz?

- "Ayaks" və ya "Barselona"da oynamaq istəyərəm.

- Futbol karyeranız bitdikdən sonra hansı sahədə fəaliyyət göstərmək istəyərdiniz?

- Açığı, bunu heç fikirləşməmişəm. Mənim üçün maraqlı sual oldu. Amma zənnimcə gələcəkdə menecer və ya məşqçi olmaq barədə düşünə bilərəm.

- Sizcə, komandanızda kim "gizli istedaddır" - meydanda və ya meydandan kənarda?

- Mənim gözümdə hər bir komanda yoldaşım güclü futbolçudur. Amma bir ad vermək lazımdırsa, bu, Xəyal Nəcəfovdur.

- Milli komandada oynamaq hədəfiniz varmı?

- Arzum millimizdə oynamaq və ölkəmi layiqincə təmsil etməkdir.

- Vaxtı ilə "Alanyaspor" klubunda çıxış etmisiniz. Oradan ayrılmanıza səbəb nə oldu?

- Az öncə də qeyd etdiyim kimi, ancaq və ancaq sənəd problemləri.

- Legioner həyatı yaşamaq daha yaxşıdır, yoxsa öz ölkənizin klublarında?

- Hər ikisi də mənim üçün yararlı olub. Hazırda yerli çempionatımızda çıxış edirəm və burada uğur qazanmağa çalışıram.

- Gənc futbolçulara və futbolçu olmaq istəyənlərə nə tövsiyə edərdin?

- Futbolun hər bir anında - istər enişdə, istər zirvədə xəyallarından əl çəkməsinlər və ancaq üzərlərində daha çox çalışsınlar.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri