Icma.az
close
up
RU
Vüqar Bayramov: ABŞ ilə strateji əməkdaşlıq qeyri neft sektoruna innovasiyaların cəlb edilməsinə imkan yaradacaq

Vüqar Bayramov: ABŞ ilə strateji əməkdaşlıq qeyri neft sektoruna innovasiyaların cəlb edilməsinə imkan yaradacaq

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında çıxış edib.

O bildirib ki, enerji sahəsində əməkdaşlıq ABŞ-nin müttəfiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq:

"14 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir".

Deputat əlavə edib ki, böyük Zəfər qazanılandan sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb:

"Azərbaycan işğaldan azad olunan ərazilərini öz daxili maliyyə resursları hesabına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına dörd milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq.

Azərbaycan 134 milyard dollarlıq ÜDM-ə malik olan Cənubi Qafqaz iqtisadiyyatının 60 faizə yaxınını formalaşdırır. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin iqtisadi gücü daha artmaqdadır. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, xarici valyuta ehtiyatları ÜDM-in həcmini üstələyir. Bu, Azərbaycan üçün iqtisadi təhlükəsizlik yastığının formalaşdığından xəbər verir. 78 milyard dollarlıq xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir. Bu, məhz Azərbaycanın əldə etdiyi iqtisadi uğurların təzahürüdür. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı iqtisadi və siyasi uğurlara imza atdığını bir daha təsdiqləyir".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri