Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti necədir?
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.
Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti necədir? TƏBİBdən AÇIQLAMA
10 Dekabr 2024 12:20
Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti açıqlandı
10 Dekabr 2024 11:38
Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti ağırstabil olaraq qalır
10 Dekabr 2024 11:30
Vüqar Həşimovun partlayışda xəsarət alan valideynlərinin durumu necədir?
05 Dekabr 2024 13:20
Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti ağırstabil olaraq qalır KONKRET
10 Dekabr 2024 11:54

