Vüqar Həşimovun valideynlərinin evində partlayış olub
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.
QOL.az APA-ya istinadən xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.
Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

