Vüqar Həşimovun valideynlərinin vəziyyəti açıqlandı bacısı danışdı VİDEO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərhum şahmat ustası Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva bir neçə gün öncə baş verən partlayışda yaralanaraq xəstəxanaya yerləşdirilən valideynləri ilə bağlı son vəziyyəti açıqlayıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Samirə Allahverdiyeva bildirib ki, valideynləri-Qasım Həşimov və Aidə Həşimovanın hazırda vəziyyəti ağır-stabil olaraq qalır. Anası Yeni Klinikadan özəl tibb müəssisəsinə təxliyə olunub. Onun hər iki ayağında əməliyyat icra olunacaq.
Samirə Allahverdiyeva partlayışla bağlı araşdırmaların aparıldığını da deyib.
Qeyd edək ki, partlayış dekabrın 3-də Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində baş verib.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Dekabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















