Icma.az
close
up
RU
Vüqar Kərimov: Naxçıvanda keçirilən bu forum 2026 cı ildə ölkəmizdə təşkil olunacaq BMT nin Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini daha da artırır

Vüqar Kərimov: Naxçıvanda keçirilən bu forum 2026 cı ildə ölkəmizdə təşkil olunacaq BMT nin Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini daha da artırır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Naxçıvanda keçirilən forumun 2026-cı ildə ölkəmizdə təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilməsi də onun qlobal əhəmiyyətini daha da artırır. Bu, Azərbaycan Respublikasının davamlı şəhərsalma, ətraf mühitin qorunması və resursların dayanıqlı idarə olunması sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyinin daha bir bariz nümunəsidir. Bu kontekstdə, 2024-cü ilin sonunda ölkəmizin ev sahibliyi etdiyi COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da xüsusi önəm daşıyır. Bu tədbirlər Azərbaycanın qlobal ekoloji siyasətdə fəal mövqe tutduğunu bir daha nümayiş etdirir”.

Bu sözləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

O qeyd edib ki, bu gün Forumun məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı qazıntı yataqları –qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır. Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir. Eyni zamanda qeyd edilib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.  İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb.

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri