Vüqar Nadirov: Mənim məqsədim Azərbaycan futbolunu inkişaf etdirməkdir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Klubun seçmə mərhələsi üçün istifadə etdiyim "Artıq çəkisi olanlar və əyləncə üçün qatılanlar gəlməsin" ifadənin mənası düzgün başa düşülməyib".
Bunu Oxu.Az-a açıqlamasında "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirov bildirib.
"Mənim məqsədim yalnız Azərbaycan futbolunu inkişaf etdirməkdir. "Şəmkir" klubu hazırda II Liqada mübarizə aparır. Futbolçu olma potensialına sahib gəncləri işıq üzünə çıxarmaq üçün seçim mərhələsi tərtib etmək qərarına gəldim. Çünki, futbol yaşa baxmır. Bəzən elə olur ki, 28 yaşlı futbolçu gözləmədiyin halda çox yaxşı performans sərgiləyir. Sosial şəbəkədəki paylaşımımla bağlı xoşagəlməz rəylər və fikirlər gördüm. Mənim məqsədim yalnız futbolu sevənləri və futbolçu olmaq istəyənləri bir araya toplamaqdır. Bəzi insanlar sırf Vüqar Nadirovu görüm deyərək gəlir, seçmə mərhələdə baş qatır, bizim vaxtımızı da oğurlayır gedir. Mən sırf bu məqsədlə belə bir ifadə işlətmişəm", - deyə V.Nadirov bildirib.
Anar Həsənov
Baxış sayı:118
Bu xəbər 09 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















