Icma.az
close
up
RU
Vüqar Tofiqli: Seçəcəyimiz 685 bələdiyyə sədri və 8071 üzvün bacarıqlı, işgüzar olmasına çalışmalıyıq

Vüqar Tofiqli: Seçəcəyimiz 685 bələdiyyə sədri və 8071 üzvün bacarıqlı, işgüzar olmasına çalışmalıyıq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri bildirib ki, onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür. Bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir. Qeyd edək ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsimüddəti 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək olan dövrü əhatə edib. Dairə seçki komissiyaları sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməli idi.


 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, seçkidən sonra formalaşdırılacaq 685 bələdiyyənin perspektivdə üzləşəcəyi problemlər, xüsusəndə onların DSMF və digər borc məsələləri ilə  bağlı müəyyən addımların atılması nəzərdə tutulmalıdır:

“Həmin borcların silinməsi ilə bağlı yuxarı səviyyədə sözügedən məsələnin müzakirə edilməsi vacib olan məqamlandandır. Yəni yeni yaradılan bələdiyyələri borcsuz formalaşdırmalı və onun büdcə gəlirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi üçün şəraitin yaradılmasına nail olmalıyıq. Bununla bağlı qanunvericilikdə və müəyyən normativ-hüquqi sənədlərdə düzəliş və əlavələrin edilməsinə mümkündür. Güman edirəm ki, burada ən vacib məsələlərdən biri bələdiyyələrin büdcə gəlirlərinin artırılması üçün müəyyən məqamlara təkan verilməsi ilə bağlı mövzulardır. Bələdiyyələrlə bağlı təsdiq edilən rüsümlar və əmsallar 1999-cu ildən bu günədək dəyişdirilmədən qalıb. Halbuki bütün sahələrdəki mövcud  rüsumlar, habelə kommunal xidmətlərlə bağlı müəyyən sahələrdə artım olduğu halda bələdiyyələrin vergi və rüsum dərəcələrində heç bir dəyişiklik olmayıb. İstənilən halda hər kəs bilməlidir ki, bələdiyyə büdcəsinə daxil olan  vəsait sonda sakinlərin probleminin  həllinə yönəldilir”.



V.Tofiqli söyləyib ki, yeni formalaşdırılacaq bələdiyyələrdə daha çox işgüzar, bacarıqlı və vətəndaşın problemini həll etmək iqtidarında olan insanlara səs verilməsinin tərəfdarıdır: 

“Çünki işini bilən insanlar prespektivdə vətəndaşın probleminin həllinə nail ola bilər. 2019-ci ildə seçkilərdə üzv və sonradan sədr seçilən şəxslər var idi ki, bələdiyyənin kifayət qədər yüksək borcunu bağlayıb. Eyni zamanda ən neqativ fikir formalaşan bələdiyyəni nümunəvi səviyyəyə gətirib çıxarıb. Ona görə də seçəcəyimiz 685 bələdiyyə sədri,  o cümlədən 8071 üzvünün bacarıqlı və işgüzar olmasına çalışmalıyıq. Belə olan halda daha yaxşı bələdiyyə vətəndaşın problemini adekvat həll etmək imkanında olacaq. 685 bələdiyyənin daha çevik olması üçün müasir informasiya texnologiyalarına da üstünlük verilməlidir.  Artıq Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının  (ABMA) təşəbbüsü ilə BAMS proqramı vasitəsi ilə bir çox proseslərin icrası “onlayn” sistemə keçib. “Onlayn” sistemə keçidi hər bir bələdiyyə daha çevik şəkildə icra etməli və buna səy göstərməlidir. İstər vergilərin ödənişinin onlayn sistemlə, habelə vətəndaşı vergiyə cəlb edilməsi üçün SMS xidmətinin təşkili nəticə etibari ilə bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olmaqdadır. Məhz ABMA-nın bu addımlarının nəticəsidir ki, vergi daxilolmalarının həcmi ötən il 21 faiz artıb.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri