Icma.az
close
up
RU
Vüqar Tofiqoğlu hansı oliqarxın (olmayan) vicdanının məhbusudur?

Vüqar Tofiqoğlu hansı oliqarxın (olmayan) vicdanının məhbusudur?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovu Müdafiə Komitəsinin Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri, hörmətli  İnam Kərimova MÜRACİƏTİ

Hörmətli Ali Məhkəmə  sədri!

Sizə ölkənin baş məhkəmə hakimi kimi üz tutmaqda amacımız toplumsal müdafiəçisi olduğumuz “Hürriyyət” media qrupunun rəhbəri, qazi jurnalist Vüqar Tofiq oğlu Məmmədovun barəsində olan saxta , qondarma, sifarişli cinayət işinini şəxsi nəzarətinizə götürməyinizi diləməkdir. Vüqar bəyə olan haqsızlıq, özbaşınalıq elə həddədir ki, biz artıq onun hüquqlarının yox, özünün müdafiəsini fikirləşirik. Komitəmizin adından da “HÜQUQLARINI” sözünü çıxarmışıq. Nədən artıq Vüqar Məmmədovun heç bir HÜQUQU qalmayıb! Nə İNSAN, nə QAZİ, nə JURNALİST, nə MƏHBUS , nə VİCDAN ...HÜQUQU tanınır! Bu, Konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasının da pozulması deməkdir.

Hörmətli Məhkəmə Hüquq Şurasının sədri!

Biz Sizi obyektiv, humanist, ədalətli, qərəzsiz dövlət adamı kimi tanıyırıq. Dövlətin baş məhkəmə hakimi kimi Vüqar Məmmədovun yoxa çıxarılmış hüquqlarının bərpası nəzarətinizlə, işlə gözəyarı tanışlığınızla mümkündür. Görün media orqanının rəhbərinin, jurnalistin suçu nədir! Aylıq 200-400 manatlıq RƏSMİ  reklam müqaviləsi BAĞLAMAQ! Reklam qiymətlərinin hətta saniyə hesabı ilə ölçülməsi bir yana, bəyəm mülki müqavilə bağlamaq, ona əməl edib-etməmək cinayət qanunveriliyi ilə araşdırılır? Hansı qanunda, hansı konstitusiyada yazılıb ki, vətəndaşa qarşı harada, neçənci ildə doğulduğuna, təhsil aldığına, ailəli olduğuna, jurnalist, baş redaktor olduğuna, ... görə ittiham irəli sürülsün? Vüqar Tofiqoğluna qarşı ittihamın mahiyyəti məhz budur! DOĞULDU, OXUDU ORTA TƏHSİL, ALİ TƏHSİL ALDI, EVLƏNDİ, AİLƏ, OĞUL-UŞAQ YİYƏSİ OLDU, İŞLƏDİ, MEDİA ORQANININ RƏHBƏRİ OLDU və ... RƏSMİ REKLAM MÜQAVİLƏSİ BAĞLADI! Belə ittiham olur? Heç VƏTƏNİ QORUMAĞI da “yüngülləşdirici” hal kimi vurğulanmayıb. Açıq qərəz, sifariş, özbaşınalıq, vicdansız davranış ortadadır. Vüqar Məmmədov hansısa oliqarx məmurun  vicdan(sızlığının) məhbusudur.

Məhkəmə hakimiyyəti heç kəsin “razborka” meydanı deyil. Baş məhkəmə hakimi  buna son qoymaqda çətinlik çəkməz. Sadəcə işlə gözucu tanışlıq yetər.

 QAZİ JURNALİST VÜQAR TOFİQOĞLUNUN VƏTƏNİN MÜDAFİƏSİNDƏ XİDMƏTLƏRİNİ NƏZƏRƏ ALIB, HƏBS QƏTİMKAN TƏDBİRİNİN DƏYİŞDİRİLMƏSİ DİLƏYİ ilə

Məğrur Bədəlsoy,

Qarabağ Qazilərinin Qazi Jurnalist Vüqar Məmmədovu Müdafiə Komitəsinin baş katibi

P.S. Vüqar Tofiqoğlu dustaq ediləndən “Hürriyət” də “qəfəsə salınıb”, “girə bilmirik”. Penitensiar xidmətin də məhbusun hüquqlarına qadağa qoyduğunu bildik. Bunu kimin vicdanına yazaq? Belə davam edərsə, ŞƏHİDLƏR XİYABANINDA aclıq aksiyası keçirmək barədə fikirləşmək hüququmuzdan yararlanacağıq. Di gəl,  fikir(ləşməy)ə görə də hüquqa qadağa göz qabağındadır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri