Vurduğumuz Türkiyə hərbi maşını… Rus polkovnik
Icma.az bildirir, Axar.az portalına istinadən.
Xüsusi hərbi əməliyyat zonasında (Ukraynadakı döyüş bölgəsində – red.) ilk dəfə vurulan Türkiyənin “Kobra II” zirehli maşını partladıqda güclü yanğın olur.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri ehtiyatda olan rus polkovnik və hərbi ekspert Anatoli Matviyçuk deyib.
“Kobra II” Türkiyə ordusunun zirehli maşınıdır. Dörd təkəri, gülləkeçirməz zirehləri var. 10 nəfərə qədər adam daşıyır. Mərmi və mina partlayışı zamanı içəridəki şəxsi heyəti qorumaq funksiyasına malikdir. Ukrayna onu Türkiyədən alır”, – deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, Ukraynada bu zirehli texnikanın sayı barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, bundan öncə Rusiya MN "Kobra II" döyüş maşınını vurduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Yanvar 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















