Icma.az
close
up
RU
Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib

Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 34-cü İqtisadi Forumda çıxış edib. 

XQ xəbər verir ki, bu ilki forum “Keçid dövrü – Avropanı nə gözləyir?” (Time of Transition - What Future for Europe?) mövzusuna həsr olunub. Mərkəzi və Şərqi Avropanın ən böyük müzakirə platformasına çevrilən  Polşa İqtisadi Forumunda dünyanın 60-dan çox ölkəsindən ictimai-siyasi xadimlər, iqtisadçı alimlər, ekspertlər, nüfuzlu təşkilatların nümayəndələri iştirak edirlər.

Vüsal Qasımlı forumda İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı  nəticəsində ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects)  kitabını təqdim edib. O, Dünya Bankının proqnozlarına istinad edərək bildirib ki, 2030-cu ilədək Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 30 faiz, Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında isə 28 faiz artacağı gözlənilir. Bu artım, öz növbəsində, dəhlizin çevik və səmərəli idarə olunmasını zəruri edir. Yeni kitab Orta Dəhlizin həm nəqliyyat-tranzit marşrutu, həm də qlobal iqtisadi və siyasi əməkdaşlıq platforması kimi rolunu əhatə edir.  

Vüsal Qasımlı qeyd edib ki, kitabın ideyası ilk dəfə 2023-cü ildə Polşada, məhz Karpaç İqtisadi Forumu çərçivəsində yaranıb. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim tərəfindən yazılan kitab  Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.

İİTKM-in icraçı direktoru forum iştirakçılarının diqqətinə çatdırıb ki, Orta Dəhliz Çin və Avropa İttifaqı arasında multimodal nəqliyyat imkanları yaradan və iqtisadi inteqrasiyanı gücləndirən strateji körpü kimi qiymətləndirilir. Kitabda Orta Dəhlizin tarixi İpək Yolunun inkişafı nəticəsində formalaşan yeni ticarət marşrutu olduğu vurğulanır, limanlar, sərhəd-keçid məntəqələri, yollar və digər infrastruktur imkanları təhlil edilir, həmçinin təkmilləşmə üçün konkret təkliflər irəli sürülür. Eyni zamanda, İpək Yolu regionunda enerji geosiyasəti və onun böyük güclərə təsirləri araşdırılır, “TRACECA”, “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin rolu göstərilir. 

Avropa İttifaqı üçün Orta Dəhlizin enerji dəhlizi kimi perspektivləri, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əməkdaşlıq imkanları, eləcə də Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyası kontekstində enerji əlaqələrinin gücləndirilməsi məsələləri xüsusi yer tutur. Nəşrdə həmçinin Orta Dəhlizin potensial imkanlarının reallaşdırılması üçün regional ticarətin təşviqi, özəl sektorun fəal iştirakı və bütün infrastruktur sahələrinin sinxron inkişafı tövsiyə olunur. Yeni ödəniş və klirinq sistemləri, fintex və rəqəmsal maliyyə mexanizmlərinin xarici ticarət üçün yaratdığı imkanlar araşdırılır, milli valyutaların istifadəsi, rəqəmsal bankçılıq və kriptovalyutaların regional maliyyə əməkdaşlığında rolu önə çəkilir. Bundan başqa, ticarət, investisiya və azad iqtisadi zonalar üzrə aparılan araşdırmalarda ikitərəfli ticarət sazişlərinin təsiri, sərhədyanı zonaların əhəmiyyəti və infrastrukturun inkişafı ilə bağlı investisiya imkanları təhlil olunur, yerli kiçik və orta sahibkarlığın logistika proseslərində iştirakının artırılması və onlar üçün bərabər imkanların yaradılması zəruri hesab edilir. 

Təqdimat zamanı Avrasiya regionunda infrastruktur təminatı, Xəzər hövzəsində neft və qaz nəqli, dəhlizdən istifadə ilə bağlı vahid hüquqi çərçivənin formalaşdırılması və qəbul edilmiş konvensiyaların ratifikasiyası kimi məsələlər müzakirə olunub. Vurğulanıb ki, Orta Dəhliz yalnız nəqliyyat dəhlizi deyil, həm də qlobal ticarət, enerji, maliyyə, təhsil və elmi əməkdaşlıq üçün yeni imkanlar yaradan strateji təşəbbüsdür.

Karpaç İqtisadi Forumu artıq 30 ildən çoxdur ki, Avropa İttifaqı ölkələri ilə onların qonşuları arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Hər il Forum çərçivəsində səsləndirilən strateji bəyanatlar və keçirilən debatlar beynəlxalq media və ekspert dairələrində geniş əks-səda doğurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri