Icma.az
close
up
RU
Fariz İsmayılzadə: Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi Azərbaycanda informasiya texnologiyaları sənayesinin inkişafına kömək edəcək

Fariz İsmayılzadə: Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi Azərbaycanda informasiya texnologiyaları sənayesinin inkişafına kömək edəcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalını ADA Universiteti və Mərkəzi Bank birlikdə həyata keçirir. Olimpiadada 70 ölkədən 140 komanda iştirak edir. Bunlar informasiya texnologiyaları, o cümlədən kompüter elmləri sahəsinin ən aparıcı tələbələridir. Onlar gələcəkdə informasiya texnologiyaları sənayesində, böyük şirkətlərdə çalışan mütəxəssislər, mühəndislər, proqramçılar olacaqlar. Bu yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın imicinin daha da yüksəlməsinə səbəb olacaq, eyni zamanda, informasiya texnologiyaları sənayesinin inkişafına kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnlistlərə açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O bildirib ki, yarış Azərbaycanda gənc nəsil proqramçıların yetişdirilməsinə və inkişafına təsir göstərəcək. “Yarışı Google, Microsoft, OpenAI və digər şirkətlər izləyir, onlar buradakı iştirakçıları işə götürürlər. Beləliklə, bu şirkətlərin Azərbaycanla əlaqələri güclənir. Ölkəmizdə gələcəkdə həmin şirkətlərin mərkəzləri, tədqiqat, elmi bazaları yaradıla bilər. Bu da nəticədə Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına dəstək olacaq. Ümumiyyətlə, bizim iqtisadi inkişafımıza dəstək verəcək bu olimpiada 5 gün keçirilir. 5 gündən sonra qaliblərin adlarını biləcəyik. Komandamız regional yarışmalarda qalib olmuşdu, amma bu, dünya yarışmasıdır. Gözləntilərimiz çoxdur, ancaq onu da nəzərə alaq ki, keçən ilki qaliblər arasında Singapur, Pekin, Honqkonq universitetləri var. Yəni burada rəqabət çox böyükdür. Ümid edək ki, tələbələrimiz yaxşı nəticə göstərəcəklər”, - deyə F. İsmayılzadə əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri