Icma.az
close
up
RU
“Ambassadors Cultural Club” mədəniyyət mərkəzində “Rəngarəng duyğular” adlı sərgi açılıb AZƏRTAC

“Ambassadors Cultural Club” mədəniyyət mərkəzində “Rəngarəng duyğular” adlı sərgi açılıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

“Ambassadors Cultural Club” mədəni mübadilə platformasına çevriləcək. Biz Azərbaycan mədəniyyətinin beynəlxalq aləmlə qarşılıqlı əlaqəsi, ilhamlanması və inkişafı üçün yeni imkanlar yaratmağa çalışırıq”, - deyə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov yeni “Ambassadors Cultural Club” mədəniyyət mərkəzinin təntənəli açılışı zamanı bildirib.

AZƏRTAC xəbər verir ki, mərkəz “Arts Council Azerbaijan” təşkilatının nəzdində yaradılıb. Mədəniyyət mərkəzinin açılışı çərçivəsində istedadlı Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən “Rəngarəng duyğular” adlı kollektiv sərgi təqdim olunub. Sərgi yaradıcı yanaşmaların, üslubların və texnikanın zənginliyini nümayiş etdirib.

Sərgidə rəssamlar Ruslan Rüstəmov, Hüseyn Kəngərlı, Mələk Abbaszadə, Nərgiz Quliyeva, Məryəm Kiblayeva, Nigar Əliyeva, Aynurə Mustafayeva, Röya Həsən, Elşən Rzazadə, Leyla Orucova, Leyli Müseyibova, Sevda Rüstəmova, Nailə Məhərrəmova, Sevinc Gəncəli, Təranə Əliyeva, Eldar Babazadə, Aliyə Əsədullayeva, Günay Bəylərova, Nailə Aslanova, Vüsalə Şərifova, Ləman Hacıyeva, Nuray Allahverdiyeva, Nigar Familsoy, Rosa Murad, Gündüz Xunlar, Samirə Muxtarova, Könül Cabbarova iştirak ediblər.

Əsərlər həm rəssamların şəxsi təəssüratlarına, həm də aktual sosial və mədəni problemləri əks etdirən geniş mövzulara işıq tutur.

Açılış mərasimində çıxış edən Dadaş Məmmədov yeni mərkəzin əhəmiyyətindən, diplomatik korpusla uzunmüddətli əməkdaşlıqdan danışıb, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb.

“Arts Council Azerbaijan” təşkilatı 19 il ərzində Azərbaycan incəsənətini uğurla inkişaf etdirən və populyarlaşdıran beynəlxalq müstəqil platformadır. “Rəngarəng duyğular” adlı sərgi ictimaiyyəti ruhlandırmaq və rəssamların ölkənin mədəni həyatına mühüm töhfələrini qeyd etmək üçün hər il “Arts Council Azerbaijan” kolleksiyasının ən yaxşı əsərlərini bir araya gətirən ənənəvi layihələrdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri