Icma.az
close
up
RU
Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb AZƏRTAC

Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 23 dekabr, AZƏRTAC

Vyetnamın ən böyük şəhəri olan Hoşimində ölkə tarixində ilk dəfə metro fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) krediti və yapon şirkətlərinin iştirakı ilə inşa edilən 20 kilometrlik, 14 stansiyadan ibarət metro xətti Hoşiminin mərkəzini şəhər kənarı ilə birləşdirir. Ekspertlər hesab edirlər ki, Hoşimində metronun fəaliyyətə başlaması şəhərdə gündən-günə artan nəqliyyat problemlərinin və ətraf mühitin çirkənlənməsinin azalmasına kömək edəcək.

Təxminən 17 ilə və 1,7 milyard ABŞ dollarına başa gələn metro xətti yeraltı və yerüstü hissələrdən ibarətdir. Layihə 2007-ci ildə təsdiqlənsə də, inşaat işləri 5 il müddətinə tamamlanma planı ilə 2012-ci ildə başlanıb. Tikinti müddətinin uzanmasına maliyyə çatışmazlığı, artan xərclər, texniki problemlər və digər əngəllər səbəb olub.

Qeyd edək ki, Vyetnamın iqtisadi mərkəzi olan Hoşiminin şəhərətrafı ilə birlikdə əhalisinin sayı 22,5 milyon nəfərdir. Hoşimin bələdiyyəsi 16 rayondan, 5 kənd rayonundan, bir kiçik şəhərdən ibarətdir. Vyetnamın ümumi daxili məhsulunun (ÜDM) dörddəbirini təmin edən Hoşimin həm də ölkənin əsas nəqliyyat qovşağıdır.

Şəhər hökuməti növbəti mərhələdə daha 6 metro xətti inşa etməyi planlaşdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri