Vyetnamda Milli Gün möhtəşəm hərbi paradla qeyd edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Vyetnamın Milli Günü paytaxt Hanoyun Ba Dinh meydanında möhtəşəm hərbi paradla qeyd edilib.
AZƏRTAC Vyetnamın rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, bayram tədbiri 21 yaylım atəşi ilə başlayıb, Vyetnam Prezidenti Lıonq Kıonq hərbi paradı qəbul edib. Ardınca Silahlı Qüvvələr və polis birləşmələrinin iştirak etdiyi hərbi paradda zirehli maşınlar, artilleriya və müasir silahlar nümayiş etdirilib.
Vyetnamda 1945-ci ilin avqustunda baş verən Avqust inqilabı həmin il sentyabrın 2-də Vyetnam Demokratik Respublikasının (indiki Vyetnam Sosialist Respublikası) elan edilməsi ilə nəticələnib.

Baş prokuror Vyetnamda
01 Aprel 2025 15:19
Vyetnamda Telegram bloklanacaq
23 May 2025 17:35
Vyetnamda evakuasiya başlayır...
25 Avqust 2025 18:56
Vyetnamda Bualoi qasırğası
29 Sentyabr 2025 12:48
Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir
05 Sentyabr 2025 07:49

