Vyetnamda qədim insan genomları uğurla deşifrə edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 fevral, AZƏRTAC
Vyetnamlı alimlər təxminən 2 min il yaşı olan qədim insan sümük nümunələrindən mitoxondrial genomları uğurla çıxarıblar. Bu, regionun qədim və müasir əhali populyasiyaları arasındakı genetik əlaqələri öyrənməkdə əhəmiyyətli irəliləyişdir.
AZƏRTAC Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma zamanı Dong Xa arxeoloji ərazisindən götürülmüş nümunələrdən yüksək dəqiqlikli genom ardıcıllığı əldə olunub. Həmçinin müasir Vyetnam əhalisinin genetik nümunələri toplanaraq qədim populyasiyalarla müqayisə edilib.
Nəticələr göstərir ki, qədim Vyetnam əhalisi Cənub-Şərqi Asiyanın digər populyasiyaları ilə sıx əlaqəli olub, bəzi genetik qruplara isə müasir əhalidə nadir hallarda rast gəlinib.
Baxış sayı:154
Bu xəbər 25 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















