Vyetnamlı şəxs Moskvada mağazadan aldığı manqonu yeyib öldü Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskvada yaşayan 31 yaşlı Vyetnam vətəndaşı Hoanq Van Çon, yerli mağazadan aldığı manqonu yedikdən sonra həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Mash məlumat yayıb.
Hadisə dünən günorta baş verib. Hoanq Van Çon həyat yoldaşı ilə birlikdə kirayə evdə yaşayırdı. O, manqonu həyat yoldaşı ilə birlikdə yeyib, lakin yalnız o özünü pis hiss etməyə başlayıb. Nəfəs almaqda çətinlik çəkən Çonun vəziyyəti getdikcə ağırlaşıb.
Həyat yoldaşı təcili yardım çağırsa da, həkimlər onu xilas edə bilməyib. Məlum olub ki, Çonun allergiyası və ya tənəffüs yollarında tıxanma problemi olmayıb. Ölümün səbəbi hələ araşdırılır.
Qeyd edək ki, daha əvvəl Braziliyada bir siyasətçi arıların hücumu nəticəsində anafilaktik şok keçirərək dünyasını dəyişmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















