Icma.az
close
up
RU
V.Yonesku: Azərbaycan regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir

V.Yonesku: Azərbaycan regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Buxarest, 11 may, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Cursul de Guvernare” (“Hakimiyyət Kursu”) analitik nəşrində Vladimir Yoneskunun yazdığı analitik məqalədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin iştirakı ilə Səmərqənddə keçirilmiş Aİ–Orta Asiya Sammitində aparılan müzakirələr barədə söz açılıb. Müəllif diqqətə çatdırır ki, Avropa İttifaqı (Aİ) Rusiya qazından asılılığı azaltmaq və yaşıl enerji keçidini sürətləndirmək məqsədilə Orta Asiya ölkələri ilə enerji və mineral əməkdaşlığını genişləndirməyə çalışır.

AZƏRTAC xəbər verir ki, məqalədə qeyd olunur ki, rəsmi bəyanatlardan fərqli olaraq, ekspertlərin əksəriyyəti Aİ-nin bu regiondakı planlarının yalnız uzunmüddətli perspektivdə uğur qazana biləcəyini bildirirlər. Vladimir Yonesku öz yazısında Azərbaycanın “Orta Dəhliz”-dəki əvəzolunmaz roluna xüsusi diqqət yetirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Limanı və ölkənin sabit siyasi mövqeyi Aİ üçün Azərbaycanı strateji tərəfdaşa çevirib. Ursula fon der Leyen bildirib ki, Aİ tərəfindən dəstəklənən infrastruktur layihələri bu dəhlizlə yük daşınma müddətini 30 gündən 15 günə endirə bilər.

V.Yoneskunun fikrincə, bu təşəbbüslər Azərbaycan üzərindən keçən nəqliyyat axınlarını daha da artıracaq və ölkəmizi enerji və xammal ticarətində regional mərkəzə çevirəcək. Məqalədə bildirilir ki, Avropa üçün qaz mənbəyi kimi Türkmənistana ümidlər böyükdür. Lakin ölkənin Çinə uzunmüddətli qaz müqavilələri, habelə Transxəzər boru kəmərinin tikintisinin qarşısında duran siyasi maneələr (xüsusilə Rusiya və İranın veto hüququ) bu planların reallaşmasını sual altına alır.

Buna baxmayaraq, Azərbaycanın mövcud infrastruktur imkanları Avropa üçün alternativ rol oynaya bilər. Qazaxıstanın neftinin böyük hissəsi hazırda Rusiya üzərindən daşınsa da, V.Yonesku qeyd edir ki, bu nəqliyyatın Azərbaycan üzərindən yönləndirilməsi istiqamətində aktiv addımlar atılır.

Müəllif yazır ki, Aİ-nin əsas maraqlarından biri də Mərkəzi Asiyanın zəngin nadir torpaq elementləri və strateji minerallarıdır. Bu resursların tədarükü üçün də “Orta Dəhliz” vasitəsilə Azərbaycan tranzit və logistik mərkəz rolunu oynayır.

Aİ rəhbərliyi yalnız resursların ixracını deyil, həm də yerli emal və sənaye potensialının inkişafını dəstəkləyəcəyini açıqlayıb. Azərbaycanın bu sahədə də Orta Asiya ilə Avropa arasında sənaye əməkdaşlığına platforma təqdim edə biləcəyi vurğulanır.

Qeyd edək ki, Vladimir Yoneskunun yazısında ümumi nəticə ondan ibarətdir ki, Aİ-nin Mərkəzi Asiyaya yönəlmiş enerji və mineral strategiyası, hər nə qədər ambisiyalı olsa da, yalnız uzunmüddətli və sabit əməkdaşlıq şəraitində uğur qazana bilər. Bu prosesdə Azərbaycanın rolu təkcə tranzit ölkə olmaqla bitmir – ölkə həm də regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri