Icma.az
close
up
RU
“Wellness turizmi” nədir? Müsahibə

“Wellness turizmi” nədir? Müsahibə

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

Son illərdə dünya turizm sənayesində yeni inkişaf istiqamətləri formalaşır. Əgər əvvəllər beynəlxalq turizm əsasən istirahət, tarixi abidələr və əyləncə ilə əlaqələndirilirdisə, bu gün turistlərin böyük hissəsi sağlam həyat tərzi, fiziki və mənəvi rifah, təbiətlə vəhdət, stressdən uzaqlaşma və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə səyahət etməyə üstünlük verir. Məhz bu tendensiya qlobal turizm bazarında “wellness turizmi” adlanan yeni və sürətlə inkişaf edən istiqamətin yaranmasına səbəb olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində şəxsi inkişaf və insan potensialı üzrə mütəxəssis (kouç) İlahə Allahverdiyeva söyləyib.

“Wellness turizmi” nədir?

O bildirib ki, beynəlxalq praktikada “wellness turizmi” insanların fiziki, emosional, zehni və sosial rifahını qorumaq və ya yaxşılaşdırmaq məqsədilə həyata keçirilən səyahətlər kimi xarakterizə olunur. Bu turizm növü xəstəliklərin müalicəsinə deyil, sağlam həyat tərzinin təşviqinə, profilaktik yanaşmaya, balanslı yaşama və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş xidmətləri əhatə edir. “Wellness turizmi” tez-tez tibbi və sağlamlıq turizmi ilə qarışdırılır. Halbuki bu istiqamətlərin məqsədləri fərqlidir. Belə ki, tibbi turizmə xəstəliyin diaqnostikası, müalicəsi və cərrahi müdaxilə daxildir. Sağlamlıq turizmi isə müalicə, reabilitasiya və sağlamlığın bərpası istiqamətlərini əhatə edir. “Wellness turizmi“nə sağlam həyat tərzi, rifahın yaxşılaşdırılması, stressin azaldılması, zehinlilik, fiziki aktivlik və həyat keyfiyyətinin yüksəldilməsi kimi xüsusiyyətlər daxildir.

“Wellness turizmi”, həmçinin nə spa və termal mərkəzlər, mineral su kurortları, sağlam qidalanma proqramları, yoqa və zehinlilik təlimləri, meditasiya proqramları, meşə yürüşləri, rəqəmsal detoks proqramları, təbiət əsaslı istirahət və müxtəlif retreat proqramları daxildir.

Dünyanın ən sürətlə inkişaf edən turizm istiqamətlərindən biri

İ. Allahverdiyeva vurğulayıb ki, “wellness turizmi” artıq qlobal rifah iqtisadiyyatının əsas komponentlərindən hesab olunur. Beynəlxalq araşdırmalara görə, 2024-cü ildə qlobal “wellness” iqtisadiyyatının həcmi 6,8 trilyon ABŞ dollarına çatıb. Son on ildə bu bazar təxminən iki dəfə böyüyüb və proqnozlara əsasən, 2029-cu ilədək 9,8 trilyon ABŞ dollarına yüksələcək.

Bu iqtisadiyyatın ən dinamik istiqamətlərindən biri məhz “wellness turizmi”dir. 2024-cü ildə bu sektor üzrə qlobal xərclər 894 milyard ABŞ dolları təşkil edib. Mövcud proqnozlar göstərir ki, yaxın illərdə “wellness turizmi” trilyon dollarlıq bazara çevriləcək. Bu artım təsadüfi deyil. Müasir turist, sadəcə, yeni məkan görmək istəmir. O, sağlamlıq, rahatlıq, təbiət, balanslı həyat tərzi və fərdi inkişaf təcrübəsi təqdim edən xidmətlərə üstünlük verir. Məhz buna görə “wellness turizmi” yüksək əlavə dəyər yaradan turizm məhsulu kimi qiymətləndirilir.

Dünya praktikası

“Bir çox ölkələr “wellness turizmi”ni milli turizm strategiyasının mühüm istiqamətlərindən birinə çevirib. İsveçrə və Avstriya dağ kurortları, termal mərkəzlər və sağlamlıq proqramları ilə tanınır. Tailand və İndoneziyanın Bali adası spa, yoqa və retreat proqramları sayəsində dünyanın aparıcı “wellness” istiqamətləri sırasında yer alır. Türkiyə isə termal kurortları, Spa kompleksləri və sağlamlıq mərkəzləri vasitəsilə bu bazarda mövqeyini ildən-ilə gücləndirir. Bu ölkələrin təcrübəsi göstərir ki, “wellness turizmi” yalnız turizm xidmətlərini deyil, hotelçilik, kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat və digər xidmət sahələrini də inkişaf etdirən iqtisadi modeldir”,-deyə o bildirib.

Azərbaycanın imkanları

İ.Allahverdiyeva əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və müxtəlif iqlim zonaları “wellness turizmi”nin inkişafı üçün mühüm üstünlüklər yaradır.

Naftalanın müalicəvi nefti, Qalaaltının mineral suları, Şahdağın dağ landşaftları, Qəbələ və Qubanın meşə əraziləri, Şəkinin tarixi-mədəni mühiti, Lənkəran və Astaranın subtropik təbiəti, Naxçıvanın mineral su ehtiyatları, Xəzər dənizi sahilləri və ölkənin zəngin milli mətbəxi müxtəlif “wellness turizm” məhsullarının formalaşdırılması üçün əlverişli resurslardır.

Eyni zamanda, Azərbaycanın təhlükəsiz mühiti, qonaqpərvərlik ənənələri, dörd fəsli əhatə edən iqlimi və regionların turizm potensialı ölkənin bu istiqamətdə rəqabət üstünlüklərini artıran amillər sırasındadır.

İqtisadi inkişaf üçün yeni imkanlar

“Turizm sahəsinin inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm prioritetlərdən biri kimi müəyyən edilib. “Wellness turizmi” bu məqsədə xidmət edə biləcək perspektivli istiqamətlərdən biri hesab oluna bilər”,-deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri